Rusiya Türkiyə və İran ərazisində rus hərbi dəniz və hərbi hava bazasını yerləşdirmək üçün Ankara və Tehranla danışıqlar aparmalıdır.
AzVision.az xəbər verir ki, Rusiya Liberal Demokratlar partiyasının sədri Vladimir Jirinovski “Rossiya 24” telekanalının efirində bu cür bəyanatla çıxış edib.
O, sensasiyalı açıqlama verərək, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın rus hərbi bazasının İncirlikdə yerləşdirilməsinə razı olduğunu deyib.
“Təcili surətdə İranda və Türkiyədə hərbi hava və hərbi dəniz bazalarımızın yerləşdirilməsini tələb etməliyik. Mən özüm Ərdoğanla danışmışam, Türkiyə artıq bunu etməyə hazırdır. Ərdoğan Rusiya ilə birlikdə olmaq istəyir. Növbədə dayanaraq ən sonuncu vaqonla Avropa İttifaqına getmək istəmir. Amma bizim yanımızda olmaq istəyir. Çünki Rusiya ilə olsa bütün dünya biləcək ki, Ərdoğan kimdir”, – deyə Jirinovski bəyan edib.
Qeyd edək ki, iyulda Jirinovski Ərdoğanın şəxsi dəvətilə Türkiyə prezidentinin inaqurasiya mərasimində iştirak edib. O zaman LDP-nin lideri bildirmişdi ki, Ankara İncirlik aviabazası NATO qüvvələrinin üzünə bağlanaraq, Rusiyaya verilə bilər. Oxu24.com
ŞƏRHLƏR