Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
48836
az

Dünyanın ən cazibədar avtobus sürücüsü: “Peşəmi biləndə şoka düşürlər” - VİDEO

17:0019 Fevral, 2021
571
DÜNYA
  • A

İngiltərədə qadın avtobus sürücüsü gözəlliyi ilə hər kəsi heyran edib. Bir çoxları onun bu peşə üçün həddindən artıq gözəl olmasını deməsinə baxmayaraq, 24 yaşlı Codi Li Foks iş yerini dəyişmək istəmədiyini bildirir.

Bu barədə "Daily Mail” xəbər yayıb.

Qadın sürücünün sözlərinə görə, əsas məqsədi peşəsindəki stereotiplərlə mübarizə aparmaqdır. O, özünün "TikTok” hesabında işdə qarşılaşdığı sərnişinlərdən, maraqlı hadisələrdən bəhs edir.
 
"Onlara avtobus sürdüyümü deyəndə, şoka düşdülər”, - deyə Foks izləyicilərinin reaksiyasından danışarkən bildirib.

O, əvvəllər xəstə baxıcısı olub. Sonra avtobus sürücüsünün axtarıldığı barədə elanı görüb və özünü bu peşədə sınamaq qərarına gəlib. Gənc qadının sözlərinə görə, hər zaman sükan arxasında olmağı sevib.

Foks onun barəsində deyilənlərə baxmayaraq işindən zövq aldığını və peşəsini dəyişmək fikrində olmadığını deyir.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Pakistanda helikopterQƏZASI - 6 nəfər ÖLDÜ
İraqda üçgünlük matəmELAN EDİLDİ
İsrail Əhmədi də öldürdü

“WhatsApp”da yeni funksiya aktivləşir

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Zirəddindən sensassion açıqlama:"Rasim suda deyil,öldürülüb..."
Gəncənin küçələri bərbad vəziyyətdədir - SAKİNLƏR ŞİKAYƏT EDİR
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Polis əməkdaşları tərəfindən xeyli silah-sursat aşkarlandı - VİDEO