Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4769
az

Ölən sevgilisindən hamilə qalacaq

11:3426 Avqust, 2018
689
DÜNYA
  • A
İntihar etmiş sevgilisinin spermasından hamilə qala bilmək üçün məhkəməyə müraciət edən avstraliyalı qadın Ayla Kressuel prosesdə qalib gəlib.

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, hakim 25 yaşlı Aylanın ölən sevgilisinin spermasından istifadə etməsinə qərar verib. O bildirib ki, bu "kədərə irrasional cavab deyil" və doğulacaq uşaq sevgi və qayğı ilə böyüyəcək.

Hakimin müsbət qərar verməsi üçün intihar edərək ölən Coşuanın uşaq arzusunda olması, qadının tək valideynin uşaq böyüdüb tərbiyə etməyin fiziki, emosional və maddi tərəflərini anlaması da nəzərə alınıb
Sözügedən cütlük 3 il görüşüb. Onlar ailə qurub uşaq sahibi olmağı planlaşdırırmış. Gəncin ölümündən sonra qız onun valideynlərinə hamilə olmadığı üçün təəsüfləndiyini bildirib. Bu zaman ailənin birgə qərarı ilə Coşuanın spermasının təcili yığılıb klinikada saxlanılması üçün məhkəməyə müraciət ediblər. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Aİ-dən Rusiya üzərində uçuşlarla bağlı SƏRT QƏRAR
5,8 bal gücündə zəlzələ bu ölkəni SİLKƏLƏDİ
Rusiyada çörəkdən KÜTLƏVİ ZƏHƏRLƏNMƏ