Qaynar xətt:

(+99450) 247 90 86

Ermənistan itkilərinin sayının artdığını ETİRAF ETDİ: Hər gün 30 meyitin...

Ermənistan itkilərinin sayının artdığını ETİRAF ETDİ: Hər gün 30 meyitin...

DÜNYA

2493

22.01.2021, 10:27

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ermənistanın Səhiyyə Nazirliyi ikinci Qarabağ müharibəsində həlak olmuş 3 450 əsgərinin meyitini ekspertizadan keçirib.

Oxu24.com  Ermənistan mətbuatına istinadla xəbər verir ki, bu barədə səhiyyə naziri Anait Avanesyan bildirib.

Hökumətin iclasından sonra jurnalistlərə açıqlama verən nazir qeyd edib ki, hər gün 30 meyitin şəxsiyyəti müəyyənləşdirilir.

O, hələ də şəxsiyyətləri müəyyənləşdirilməyən meyitlərin olduğunu etiraf edib. Nazir jurnalistlərin nə qədər meyitin şəxsiyyətinin müəyyənləşdirilməməsi barədə sualına cavab verməyib. Lakin bildirib ki, meyitlərin tanınması prosesi sürətlənib.

Ötən gün Ermənistanın baş nazirinin müavini Tiqran Avinyan Qarabağ müharibəsində 3 439 hərbi qulluqçunun həlak olduğunu açıqlayıb.