Qaynar xətt:

(+99450) 247 90 86

Xəstəxanada nikah mərasimi keçirildi

Xəstəxanada nikah mərasimi keçirildi

DÜNYA

2292

21.01.2021, 22:45

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

ABŞ-ın Kannektikut ştatının Midltaun şəhərindəki xəstəxanada nikah mərasimi təşkil olunub. "KPLC 7" telekanalının yaydığı xəbərə görə, şəhər sakini olan gənc bir xanım ölümcül xəstə olan atasının onun nikah mərasimində iştirak etməsi üçün belə bir addım atmağa məcbur olub.

Xuan Estel adlı yaşlı kişi Yeni il ərəfəsində nəfəs darlığı səbəbindən xəstəxanaya yerləşdirilib. Onun xərçəng xəstəsi olduğu müəyyənləşib. Qızı Sara və onun nişanlısı Maykl xəstənin dünyasını dəyişmədən öncə onun iştirakı ilə nikah mərasimi təşkil etmək qərarına gəliblər.

Həkimlər Xuanın xəstəxananı tərk etməsinə icazə verməyiblər. Belə olduqda cütlük məcbur qalaraq nikah mərasimini tibb müəssisəsində təşkil ediblər. Qonaqlar mərasimə "Zoom" vasitəsilə qatılıblar.