Qaynar xətt:

(+99450) 247 90 86

Paytaxtdakı güclü partlayışın nəticələri bəlli oldu: ölü və yaralılar var

Paytaxtdakı güclü partlayışın nəticələri bəlli oldu: ölü və yaralılar var

DÜNYA

1459

21.01.2021, 10:43

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İspaniyanın paytaxtı Madriddə güclü partlayış nəticəsində yaralananların sayı 11 nəfərə çatıb.

Publika.az xəbər verir ki, təcili yardım göstərilənlərdən üçünün öldüyü bildirilir.

Partlayışın olduğu ərazidə yerləşən bir neçə binanın sakinləri təhlükəsizlik səbəbi ilə təxliyə edilib.

Yerli polis əraziyə təlimli itlər və partlayıcı maddələrin məhv edilməsi üzrə mütəxəssislər də daxil olmaqla, hüquq-mühafizə orqanlarının əməkdaşlarını cəlb edib. Onlar binaya təhlükəsiz zamanda daxil olacaqlar.

Qeyd edək ki, ötən gün Madridin mərkəzində, Virgen de la Paloma kilsəsinin keşişlərinin yaşadığı evdə güclü partlayış baş vermişdi.

Binanın yanında kollec və qocalar evi də var. İlkin versiyaya görə, hadisə qaz partlayışı nəticəsində baş verib.