Qaynar xətt:

(+99450) 247 90 86

Məşhur simalar koronavirus istehsalında günahlandırılır

Məşhur simalar koronavirus istehsalında günahlandırılır

DÜNYA

1146

13.01.2021, 20:14

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

COVID-19-un laboratoriya şəraitində istehsal edildiyi iddiaları yenidən gündəmə gətirilib.

Peru məhkəməsi "Microsoft" şirkətinin qurucusu Bill Qeytsi, amerikalı iş adamı Corc Sorosu və Rokefeller ailəsini koronavirus istehsalında günahlandırıb.

Oxu24.com oxu.az-a istinadən bildirir ki, Peruda koronavirus epidemiyasının necə yayıldığına dair istintaq başladılıb.

İstintaq mətninə Rusiya mətbuatında yer alan xəbərlər də daxildir:

"Bill Qeyts, Soros, Rokefeller kimi yeni dünya düzəninin yaradıcıları xaricində heç bir dünya dövləti, həqiqi və hüquqi şəxslər bu pandemiyanın proqnozlaşdırıla biləcəyini iddia edə bilməz".

Bu məsələ mətbuatda və sosial mediada geniş yayıldıqdan sonra Peru Ali Məhkəməsi istintaqı öz üzərinə götürüb.

Müzakirələrin ən böyük hədəfi Bill Qeytsin həyat yoldaşı ilə birlikdə qurduğu "Bill & Melinda Gates" fondunun beynəlxalq peyvənd ittifaqıdır.

Sosial media müzakirələrində əsas mövzu isə Bill Qeytsin milyardlarla insanı "mikrociplərlə" izləmək üçün koronavirus peyvəndini yaratması iddiasıdır.