Ukrayna ilə bağlı narahatedici hesabat
13 Noyabr 2026, 23:49
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
3314
12.01.2021, 21:35
“Məlum olduğu kimi, bu il, dekabrın 15-də Ankarada Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi arasında Naxçıvan Muxtar Respublikasına təbii qazın tədarükünə dair Anlaşma Memorandumu imzalanıb. Düşünürəm ki, bu sənəd Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanın təbii qazla təminatı üçün strateji əhəmiyyət daşıyır”.
Oxu24.com xəbər verir ki, bu sözləri Redaktor.az-a açıqlamasında politoloq Xəyal Bəşirov deyib. O bildirib ki, artıq qardaş ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvan-İğdır qaz boru kəməri layihəsinin həyata keçirilməsi üçün lazımi tədbirlərin görülməsi barədə qərar da verib:
“Türkiyədən Naxçıvana qaz tədarükü qaz təchizatını şaxələndirəcək və enerji təminatının etibarlılığını artıracaq. Məlum olduğu kimi, buna qədər İran ərazisindən qaz tədarük edən Naxçıvan, həm də Türkiyədən dəstək almaqla artan enerji tələbatını tam təmin edə biləcək. Ümumiyyətlə, 44 günlük müharibədən sonra əldə etdiyimiz qələbənin real iqtisadi nəticələrini hələ önümüzdə duran illərdə görəcəyik.
Bu prosesdə tarixi ərazilərimizdən olan Naxçıvanın özünəməxsus rolunun olacağı danılmazdır. Azərbaycanı Naxçıvanla birləşdirəcək dəhliz vasitəsilə Türkiyəyə quru yolunun açılması və əks istiqamətdə də, Türkiyədən Azərbaycana və Xəzər dənizi üzərindən uzaq şərqə geniş iqtisadi imkanları açılır. Bu səbəbdən də, həmişə dövlətimizin diqqət mərkəzində olan Naxçıvanın və ümumilikdə ölkəmizin enerji təhlükəsizliyi və istilik təchizatı baxımından hazırki prosesi çox yüksək dəyərləndirmək lazımdır”.
15:45 / 14 Noyabr 2026
5
15:27 / 14 Noyabr 2026
163
15:25 / 14 Noyabr 2026
67
15:07 / 14 Noyabr 2026
129
15:05 / 14 Noyabr 2026
90
14:44 / 14 Noyabr 2026
113
14:31 / 14 Noyabr 2026
85
14:24 / 14 Noyabr 2026
377
14:19 / 14 Noyabr 2026
93
14:15 / 14 Noyabr 2026
90
14:09 / 14 Noyabr 2026
219
13:50 / 14 Noyabr 2026
1986
13:48 / 14 Noyabr 2026
120
13:16 / 14 Noyabr 2026
117
13:03 / 14 Noyabr 2026
104
12:49 / 14 Noyabr 2026
129
12:25 / 14 Noyabr 2026
121
12:09 / 14 Noyabr 2026
131
11:58 / 14 Noyabr 2026
127
11:50 / 14 Noyabr 2026
112
11:39 / 14 Noyabr 2026
108
11:19 / 14 Noyabr 2026
131
11:09 / 14 Noyabr 2026
124
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.