Qaynar xətt:

(+99450) 247 90 86

ŞOK: 11 manata koronavirusa yoluxanın tüpürcəyini aldı və… – İyrənc hərəkət!

ŞOK: 11 manata koronavirusa yoluxanın tüpürcəyini aldı və… – İyrənc hərəkət!

DÜNYA

1204

05.01.2021, 14:49

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Türkiyənin Adana şəhərində avtosalon sahibi İbrahim Ünverdi işçisi tərəfindən qarət edilib.

Oxu24.com Redaktor.az-a istinadən xəbər verir ki, onun 215 min türk lirəsini (49 min 256 AZN) oğurlayan Ramazan adlı şəxsin hərəkəti hamını şoka salıb. Belə ki, o, sözügedən pulla 11 manata koronavirusa yoluxan bir xəstənin tüpürcəyini alıb, iş yoldaşlarının içkilərinə qatmağa cəhd göstərib.

Ofisin digər işçisi Kadir Canpolat açıqlamasında bunları deyib:

“Masaya oturmaq istəyəndə Ramazan yanıma gəldi, heç bir yeməyə və içkiyə əl vurmamamı dedi. Mən səbəbini soruşanda nə baş verdiyini demədi. Çox israr etdikdən sonra dedi ki, insanları koronavirusa yoluxdurmağa çalışır. Aldığı tüpürcəyi içkilərə və yeməyə qatıb”.

Qeyd edək ki, sözügedən şəxs polis tərəfindən həbs edilib.