Qaynar xətt:

(+99450) 247 90 86

Ermənistana daha bir ZƏRBƏ

Ermənistana daha bir ZƏRBƏ

DÜNYA

2137

04.01.2021, 19:09

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ermənistanın keçmiş baş naziri Hrant Baqratyan ölkədə qida böhranının getdiyini və bunun 2021-ci ilin yazında hiss ediləcəyini iddia edir.

Oxu24.com Sputnik Ermənistan-a istinadən bildirir ki, Baqratyana görə, ərzaq böhranının səbəbi ərazi itkiləri olub.

"Mart, aprel, may aylarında aclıq keçirə bilərik. Hələ yaxşı bir şey görmürəm. Əslində ciddi ərazi itkilərimiz oldu. Minlərlə hektar əkin sahələrini, otlaqlarımızı, buğda sahələrimizi itirdik", - Baqratyan qəzəblənərək söyləyib.

Ermənistanın keçmiş baş naziri ölkənin Mərkəzi Bankının rəhbərliyindən də narazıdır. Baqratyan onu səriştəsizlikdə günahlandırıb və ölkənin valyuta ehtiyatlarının hər ay azaldığını bildirib. "Yalnız oktyabr ayı ərzində Mərkəzi Bank 500 milyon dolları küləyə sovurdu", - Bagratyan deyib.