Tramp İranla müharibəni bitirdi
14 Noyabr 2026, 18:50
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
1469
03.01.2021, 20:22
İğdır Alulbeyt vəqfinin təşkil etdiyi “Azərbaycanla həmrəylik” kampaniyası çərçivəsində “Həmrəylik Tırı” adlanan yardımla dolu yük maşını Azərbaycana yola salınıb.
Oxu24.com un məlumatına görə bu barədə APA-ya “Okuklu İnşaat” şirkətinin prezidenti Yılmaz Okuklu məlumat verib. Azərbaycan şəhid və qazilərinin ailəsi üçün nəzərdə tutulan yardımı Alulbeyt İğdır Şöbəsinin müdiri Ebülfez Kocadağ, İğdır “Ehlibeyt Alimləri” dərnəyinin başqanı Veli Beder, İğdır İl Müftü yardımçısı Kudbettin Şen və “Ehlibeyt Alimləri”nin üzləri təşkil edib. Onlar bu yardımla qardaş ölkə Azərbaycana dualarını da göndəriblər.
Ebülfez Kocadağ yardımı yola salarkən toplantıda bunları söyləyib:
“Əziz qardaşlarım, bildiyiniz kimi, Can Azərbaycan xalqı işğalçı Ermənistan qarşısında böyük bir dastan yazaraq ölkə torpaqlarını Ana Vətəninə qovuşdurdu. Bu savaşda yüzlərcə vətən övladı şəhid oldu və yaralandı. Bununla da onlar bir dastan yazaraq İslam hümmətinin iftixarı olublar. Bizlər bu savaşda ən başından Azərbaycan xalqının yanında olduq və olmaqda da davam edəcəyik. Böyük istəklər qarşısında Azərbaycan xalqının yanında olduğumuzu nümayiş etdirmək üçün yardımla dolu yük maşınını yola salmağa qərar verdik.
Əlbəttə ki, Azərbaycanın bu yardıma ehtiyacı olmadığını bilirik, amma bu həmrəyliyin nümayişidir”.
Ebülfez Kocadağ çıxışı zamanı Azərbaycan şəhidlərinə də rəhmət oxuyub.
Toplantıda yardıma qatılan digər nümayəndələr də çıxış edib bildiriblər ki, Azərbaycan xalqı onu bilməlidir ki, biz yaxşı və pis günlərində həmişə onlarla birlikdəyik və Ermənistanı qınayırıq.
Dini alimlərin çıxışından sonra yardım gətirən yük maşını Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilərək ölkəmizə göndərilib. Və bu yardımların davamlı olacağını bildiriblər.
Yılmaz Okuklu sonda onu da bildirdi ki, bunun qarşılığında o da bir yük maşını yardımı İğdırda yoxsul insanlar üçün göndərəcək.
19:36 / 14 Noyabr 2026
72
19:15 / 14 Noyabr 2026
59
19:12 / 14 Noyabr 2026
71
19:05 / 14 Noyabr 2026
73
18:50 / 14 Noyabr 2026
70
18:43 / 14 Noyabr 2026
85
18:21 / 14 Noyabr 2026
604
18:09 / 14 Noyabr 2026
106
18:06 / 14 Noyabr 2026
447
18:03 / 14 Noyabr 2026
95
17:18 / 14 Noyabr 2026
173
17:15 / 14 Noyabr 2026
113
16:20 / 14 Noyabr 2026
123
16:05 / 14 Noyabr 2026
170
15:45 / 14 Noyabr 2026
127
15:27 / 14 Noyabr 2026
303
15:25 / 14 Noyabr 2026
145
15:07 / 14 Noyabr 2026
282
15:05 / 14 Noyabr 2026
146
14:44 / 14 Noyabr 2026
288
14:31 / 14 Noyabr 2026
133
14:24 / 14 Noyabr 2026
791
14:19 / 14 Noyabr 2026
136
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.