Qaynar xətt:

(+99450) 247 90 86

Peyvənd olunan insanlara çip qoyulacağı iddialarına - Türk professordan cavab

Peyvənd olunan insanlara çip qoyulacağı iddialarına - Türk professordan cavab

DÜNYA

1940

03.01.2021, 11:44

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Dünyada koronavirus pandemiyası yayıldığı vaxtdan etibarən tətbiq ediləcək vaksinlə bərabər insanlara çip taxılacağı ilə bağlı ümumi fərziyyələr insanlar arasında geniş yayılmağa başlayıb.

Oxu24.com  xəbər verir ki, türkiyəli professor Zəfər Kurugöl bu iddiaları "Hürriyyət” qəzetinə müsahibəsində cavablayıb. Professor iddiaların ümumu fərziyyə olduğunu bildirib:

"Mən belə şayiələri tragikomediya kimi qiymətləndirirəm. Bunu ortalığa atanların ola bilsin ki əylənmək məqsədləri olub, ya da diqqət çəkmək istəyiblər. Bu cür fikirlər cəmiyyətin sağlamlığına zərər vurur. Burada məqsəd insanların fikrini çaşdırmaqdır. İnsanlar peyvənddən qorxmamalıdır”.