Qaynar xətt:

(+99450) 247 90 86

Somalidə terror zamanı 4 nəfər həlak olub, 1-i Türkiyə vətəndaşıdır

Somalidə terror zamanı 4 nəfər həlak olub, 1-i Türkiyə vətəndaşıdır

DÜNYA

1531

02.01.2021, 21:10

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Somalidə Türkiyəyə məxsus inşaat firmasının işçilərinə qarşı terror aktı nəticəsində 1 Türkiyə vətəndaşı ölüb, 4 nəfər isə yaralanıb.

Oxu24.com Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Türkiyəyə məxsus şirkətin əməkdaşlarının çalışdığı əraziyə partlayıcı quraşdırılmış motosiklet hücum edib. Biri Türkiyə vətəndaşı olmaqla 4 nəfər ölüb, 4 Türkiyə vətəndaşı isə yaralanıb: "Somalinin inkişafına töhfə verən bir türk şirkətinin işçilərini hədəf alan bu çirkin hücumu qətiyyətlə qınayırıq. Yaralananların tezliklə sağalmasını diləyirik, dost və qardaş Somali xalqının və hökumətinin yanında olduğumuzu bir daha vurğulayırıq".