Həmin görüş keçiriləcək
14 Noyabr 2026, 19:54
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
28928
31.12.2020, 14:46
"Azərbaycanı bütün beynəlxalq platformalarda dəstəkləyirik”.
Oxu24.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ağdamda yerləşəcək Qarabağda atəşkəsə nəzarət üçün Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində xidmət edəcək türk hərbçilərə xitabında deyib.
O, Türkiyə ilə Azərbaycanın "Bir millət, iki dövlət” yanaşmasını, qəlblərinin bir-birinə bağlı olduğunu bildirib:
"Türk hərbçilərin Azərbaycanda varlığı ölkələrimiz arasındakı münasibətlərin gəldiyi nöqtəni göstərən bir şərəf əlamətidir. Azərbaycanla Ermənistan arasında atəşkəsin tətbiq olunmasını izləmək üçün bölgədə xidmət edəcək dəyərli əsgərlərimizə uğurlar arzulayıram. Atəşkəsə riayət etmək üçün qurulacaq mərkəzin ən qısa müddətdə işə düşəcəyini ümid edirəm. Atəşkəsi pozmağa cəhd göstərən erməni qüvvələrinə bir an əvvəl bu səhv yoldan qayıtmağı tövsiyə edirəm.
Keçmişi şan və şərəflə dolu olan Türkiyə ordusu bu gün üç qitədə xidmətinə davam edəcək. Mən ölsəm, şəhid olsam, türk əsgəri bütün dünyada və Azərbaycanda ona verilən vəzifəni yerinə yetirəcək.
Suriyadan Liviyaya, Somalidən Kosovoya, Əfqanıstandan Qətərə qədər bir çox yerdə sülhün, əmin-amanlığın və sabitliyin qorunması üçün mübarizə aparan bütün əsgərlərimizə uğurlar arzulayıram. Rəbbim bizim köməyimiz olsun. Azərbaycandakı dəyərli əsgərlərimizi bir daha ürəkdən təbrik edirəm və sizi Yeni il münasibətilə təbrik edirəm”.
21:11 / 14 Noyabr 2026
36
21:04 / 14 Noyabr 2026
31
21:02 / 14 Noyabr 2026
56
20:56 / 14 Noyabr 2026
63
20:50 / 14 Noyabr 2026
73
20:38 / 14 Noyabr 2026
78
20:23 / 14 Noyabr 2026
670
19:54 / 14 Noyabr 2026
83
19:50 / 14 Noyabr 2026
88
19:36 / 14 Noyabr 2026
1353
19:15 / 14 Noyabr 2026
122
19:12 / 14 Noyabr 2026
117
19:05 / 14 Noyabr 2026
109
18:50 / 14 Noyabr 2026
116
18:43 / 14 Noyabr 2026
125
18:21 / 14 Noyabr 2026
830
18:09 / 14 Noyabr 2026
137
18:06 / 14 Noyabr 2026
563
18:03 / 14 Noyabr 2026
114
17:18 / 14 Noyabr 2026
229
17:15 / 14 Noyabr 2026
133
16:20 / 14 Noyabr 2026
136
16:05 / 14 Noyabr 2026
185
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.