Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4332
az

Alimlərdən xəbərdarlıq: “Planetimiz istixanaya çevriləcək”

09:0708 Avqust, 2018
740
DÜNYA
  • A
 “EurekAlert!” portalında beynəlxalq alimlər komandasının press-relizi yayımlanıb.

Oxu24.com Ölkə.Az-a istinadən xəbər verir ki, alimlərin xəbərdarlığına əsasən, tezliklə Yerdə temperatur sənaye inqilabına qədər olan dövrdəkinə nisbətən orta hesabla 4-5 dərəcə artacaq. Planetimiz nəhəng istixanaya çevriləcək və bəzi regionlar həyat üçün əlverişsiz olacaq.

Alimlər müəyyən ediblər ki, hətta Paris İqlim Müqaviləsinin şərtlərinə əməl edilsə də, bu baş verəcək. Mütəxəssislər qeyd edirlər ki, istixana qazları qlobal iqlimə təsir edən yeganə faktor deyil. Bundan başqa buzların əriməsi, okeanın dibindən metan qazının yuxarı qalxması, intensiv bakterial tənəffüsün artması, meşə sahələrinin azalması, Arktikada aysberqlərin kiçilməsi də bunun səbəbidir.

Alimlər təklif edirlər ki, qaz tullantılarının sayı azaldılsın və meşə massivləri vasitəsilə təbii karbon rezervləri yaradılsın. Eyni zamanda atmosferdəki zərərli qazları udan yeni texnologiya hazırlansın.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Beynəlxalq Parlament Konfransının iştirakçıları Xankəndidə - Yeniləndi
Litvanın yeni Baş naziri o seçildi
İran hicabdan imtina edən qadınları belə "MÜALİCƏ" EDƏCƏK

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Səhiyyə Nazirliyindən yeni yayılan virusla bağlı- Açıqlama
Bakıda evlərdən oğurluq edən keçmiş    məhkum    tutuldu