HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
15 Noyabr 2026, 15:50
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
1331
23.11.2020, 15:58
ABŞ ordusunun komandanlığı Azərbaycan Silahlı Qüvvələrinin İkinci Qarabağ müharibəsində düşmənə qarşı tətbiq etdiyi taktikanı öyrənməyə başlayıb.
Bu haqda “Breaking Defense” nəşri yazır. Bildirilir ki, Qarabağda kəşfiyyat və zərbə pilotsuz aparatlarının ənənəvi qüvvələrlə, yəni tanklar, piyada qüvvələri və artilleriya ilə kombinə edilmiş formada tətbiqi yeni təcrübədir.
Birləşmiş Ştatların Gələcəyin Ordusu Komandanlığından (Army Futures Command-AFC) yüksək rütbəli general anonimlik şərti ilə bildirib ki, Qarabağda gedən hərbi əməliyyatlar gələcəyin müharibələrində hadisələrin necə cərəyan edəcəyini təxmin etməyə imkan verir. Army Futures Command ABŞ ordusunun modernizasiyasına, gələcəyin döyüş sistemlərinin hazırlanmasına rəhbərlik edən strukturdur və 2018-ci ildə yaradılıb.
General deyib ki, Dağlıq Qarabağda Azərbaycan ordusu erməni zirehli texnikasını sürətlə məhv etmək üçün nəinki kəşfiyyat, eləcə də zərbə pilotsuz təyyarələrindən, habelə “kamikadze-dronlardan” kütləvi şəkildə istifadə edib.
Bu taktika Azərbaycan ordusuna imkan verib ki, erməni qüvvələrini sürətlə məğlub edib irəliləsin. Və ola bilsin gələcəkdə Çin və ya Rusiya ordusu da ABŞ-a qarşı müharibədə buna bənzər taktikadan istifadə edəcək. Ona görə də ABŞ ordusu indidən bu cür regional münaqişələrin təcrübəsini öyrənməlidir. (virtualaz.org)
17:53 / 15 Noyabr 2026
1
17:43 / 15 Noyabr 2026
74
17:16 / 15 Noyabr 2026
238
17:12 / 15 Noyabr 2026
900
17:09 / 15 Noyabr 2026
64
15:50 / 15 Noyabr 2026
90
15:25 / 15 Noyabr 2026
114
15:15 / 15 Noyabr 2026
117
14:47 / 15 Noyabr 2026
163
14:34 / 15 Noyabr 2026
334
14:25 / 15 Noyabr 2026
137
14:19 / 15 Noyabr 2026
112
14:02 / 15 Noyabr 2026
462
13:27 / 15 Noyabr 2026
338
12:55 / 15 Noyabr 2026
1633
12:36 / 15 Noyabr 2026
375
12:28 / 15 Noyabr 2026
168
12:11 / 15 Noyabr 2026
146
11:52 / 15 Noyabr 2026
222
11:43 / 15 Noyabr 2026
148
11:29 / 15 Noyabr 2026
169
11:20 / 15 Noyabr 2026
142
11:20 / 15 Noyabr 2026
152
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.