Qaynar xətt:

(+99450) 247 90 86

Putin Baydeni niyə təbrik etməyib? - ÖZÜ AÇIQLADI

Putin Baydeni niyə təbrik etməyib? - ÖZÜ AÇIQLADI

DÜNYA

767

23.11.2020, 00:04

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
"Rusiya ABŞ-da daxili-siyasi mübarizənin başa çatmasını gözləyir, Moskvanın prezident seçkilərinin qalibini təbrik etməsi məsələsində heç bir gizli səbəb yoxdur".
Oxu24.com "RiaNovosti"yə istinadla xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib. “Sizi əmin etmək istəyirəm ki, burada heç bir gizli səbəb yoxdur. Kiminsə bizim xoşumuza gəlməsi və gəlməməsi məsələsi deyil. Biz sadəcə daxili siyasi mübarəzinin başa çatmasını gözləyirik. ABŞ xalqının etimad göstərdiyi istənilən insanla çalışacağıq”, - deyə Rusiya lideri bildirib.
Xatırladaq ki, ABŞ-da noyabrın 3-də prezident seçkiləri keçirilib. ABŞ prezidenti postu uğrunda Donald Tramp və Co Bayden mübarizə aparır.