Zelenskiyə görə Putinin nəvəsinin soyadı dəyişdirildi
15 Noyabr 2026, 18:05
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
848
22.11.2020, 19:39
"Son altı ildə dünyada ən çox qaçqına ev sahibliyi edən ölkə Türkiyədir. Müharibədən zərər çəkmiş bölgələrə və risk altındakı əhaliyə humanitar yardımın maliyyə mənbələrini gücləndirməliyik".
Oxu24.com xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G20 liderlərinin zirvə görüşündə çıxışı zamanı səsləndirib.
Türkiyənin Suriyada İŞİD terror təşkilatı ilə üz-üzə savaşan yeganə NATO ölkəsi olduğunu söyləyən Prezident Ərdoğan deyib:
"Terror təhlükəsini aradan qaldırmaq, müharibələrin qarşısını almaq və sabitliyi möhkəmləndirmək üçün əlimizdən gələni edirik. Tək mübarizə aparmağımıza baxmayaraq bu günə qədər doqquz minə yaxın xarici terrorçunu ələ keçirərək ölkələrinə ekstradisiya etmişik".
İqlim dəyişikliyi və bununla mübarizə yolları haqqında danışan Türkiyə Prezidenti bildirib ki, ətraf mühitin çirklənməsi və iqlim dəyişikliyi ilə mübarizə edərkən yeni ədalətsizliklər və yeni ikili standartların meydana gəlməsinə icazə verilməməlidir:
"İnsanlığa xidmət etməyən, insanlara sülh, rifah və dəyər verməyən, ədalət və təhlükəsizlik təmin etməyən bir sistemin uğur qazanma şansı yoxdur. Hökmranlıq, ədalətsizlik kimi amillər üzərində qurulan mövcud qlobal iqtisadi memarlığın nə insanı, nə də təbiəti qoruması mümkün deyil. Pandemiyanın yoxsulluq və bərabərsizlik başda olmaqla bir çox problemi daha da dərinləşdirdiyini görürük".
18:05 / 15 Noyabr 2026
52
17:53 / 15 Noyabr 2026
112
17:43 / 15 Noyabr 2026
254
17:16 / 15 Noyabr 2026
296
17:12 / 15 Noyabr 2026
1365
17:09 / 15 Noyabr 2026
71
15:50 / 15 Noyabr 2026
97
15:25 / 15 Noyabr 2026
120
15:15 / 15 Noyabr 2026
121
14:47 / 15 Noyabr 2026
167
14:34 / 15 Noyabr 2026
341
14:25 / 15 Noyabr 2026
141
14:19 / 15 Noyabr 2026
116
14:02 / 15 Noyabr 2026
477
13:27 / 15 Noyabr 2026
348
12:55 / 15 Noyabr 2026
1663
12:36 / 15 Noyabr 2026
382
12:28 / 15 Noyabr 2026
170
12:11 / 15 Noyabr 2026
149
11:52 / 15 Noyabr 2026
225
11:43 / 15 Noyabr 2026
149
11:29 / 15 Noyabr 2026
171
11:20 / 15 Noyabr 2026
142
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.