SON DƏQİQƏ! ABŞ İrana zərbələr endirdi
26 May 2026, 09:36
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
665
21.11.2020, 21:56
“Əlbətdə Ermənistanın 44 günlük müharibə itkiləri çoxdur. İlkin hesablamalara görə, 2,7 milyard dollarlıq hərbi itkidən söhbət gedir. Bu itkinin miqyası Ermənistanın valyuta ehtiyatlarından 100 milyon dollar çoxdur. Bu, o deməkdir ki, Ermənistan ehtiyat üçün saxladığı pulu həmin hərbi potensialı doldurmağa çalışacaq”.
Publika.az xəbər verir ki, bunu Ermənistan iqtisadiyyatının müharibədən sonrakı vəziyyətini şərh edən İqtisadi Təhlil İnstitutunun sədri, iqtisadçı alim Məhəmməd Talıblı deyib.
Onun sözlərinə görə, bundan sonra Ermənistan xarici borclanmaya getmək məcburiyyətində qalacaq: “Ermənistanın dövlət büdcəsinin 700 milyon dollarlıq müdafiə xərcləri olduğu halda, onun təkcə 1 aylıq hərbi itkiləri 2,7 milyard dollar səviyyəsində olub. Bu, o deməkdir ki, 2,7 milyard dollarlıq hərbi itikiyə məruz qalan ölkənin müdafiə qabiliyyəti ondan 4 dəfə kiçikdir. Belə hərbi itkilərin davam edəcəyi təqdirdə, ona bir dövlət olaraq hətta valyuta ehtiyatları kömək edə bilməz. Müdafiə xərclərini artırmaqla xarici borclarını da daha çox artırmış olurlar. Ermənistan məhz bu yolla gedir”.
M.Talıblı onu da qeyd edib ki, uğursuz hərbi əməliyyatlarla Ermənistan kreditorlardan özləri üçün daha çox borc yükü götürmüş olur: “Təkcə son 1 aydakı Ermənistanın hərbi itkiləri 2,7 milyard dollar olduğu halda, bu müddətdə 400 milyon dollara yaxın dövlət borcları artıb. Ermənistanın rəsmi valyuta ehtiyatlarını ötüb keçən (2,6 milyard dollar) hərbi itkiləri başqa bir tərəfdən isə dövlət borclarını da 6% artırırsa, bu, ondan xəbər verir ki, müharibə bir neçə ay çəksəydi, Ermənistanın xarici dövlət borcları kəskin artacaqdı. Müharibənin 44 gündə dayanması bu dövlətin borclarını da qismən dayandırdı. Çünki ixracat imkanları zəif olan, valyuta daxilolma diapazonu dar olan bir ölkənin qazandığından çox xərcləməsi onu “qırmızı zolağa” daxil edir”
10:04 / 26 May 2026
1
09:53 / 26 May 2026
43
09:47 / 26 May 2026
31
09:46 / 26 May 2026
54
09:45 / 26 May 2026
48
09:36 / 26 May 2026
156
09:31 / 26 May 2026
41
09:27 / 26 May 2026
97
09:23 / 26 May 2026
94
09:19 / 26 May 2026
47
09:17 / 26 May 2026
53
09:08 / 26 May 2026
77
08:57 / 26 May 2026
347
08:54 / 26 May 2026
65
08:52 / 26 May 2026
57
08:25 / 26 May 2026
149
08:24 / 26 May 2026
156
08:07 / 26 May 2026
70
00:45 / 26 May 2026
125
00:09 / 26 May 2026
168
00:04 / 26 May 2026
360
23:56 / 25 May 2026
649
23:50 / 25 May 2026
247
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.