Məşhur rusiyalı müğənni Alla Puqaçova həyat yoldaşı Maksim Qalkinlə birgə Avropaya gedib.
Oxu24.com xəbər verir ki, bu barədə məlumatı "Dni.ru” saytı yayıb. Sayt cütlüyün Avropaya burada daimi yaşayış statusu almaq üçün getdiyini yazıb. Cütlüyün Avropaya gedən zaman özləri ilə övladlarını da götürdüyü vurğulanıb.
Saytın başqa bir iddiasına görə isə Puqaçova öz sərvətini ofşor zonalar və Avropa banklarında saxlayır:
"Avropaya səfər zamanı o, həm də şəxsən hesablarını yoxlayacaq və varisi haqqında tapşırıqlarını verəcək. Puqaçova əvvəlcə Sardiniyaya, oradan isə Kiprə uçub. Məhz burada müğənni daşınmaz əmlaka sahibdir”. Oxu24.com
ŞƏRHLƏR