Krıma PUA hücumu olub, ölənlər var
17 Noyabr 2026, 10:45
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
800
13.08.2025, 13:02
Ontario Apellyasiya Məhkəməsi Ukrayna Beynəlxalq Hava Yollarının (UIA) apellyasiya şikayətini rədd edib və PS752 qəzasında həlak olanların ailələrinə tam təzminat ödəmək öhdəliyini təmin edib.
Oxu24.com xəbər verir ki, bu barədə RBC-Ukrayna məhkəmənin qərarına istinadən məlumat yayıb.
“Mən apellyasiya şikayətini cavabdehlərin xeyrinə məhkəmə xərclərini apellyasiya şikayətçisindən alaraq rədd edirəm”, - sənəddə deyilir.
Beynəlxalq hüquqa uyğun olaraq, təqsirkarlıq müəyyən edildikdə, aviaşirkət hər bir sərnişinə 180 min dollara qədər təzminat ödəməyə borcludur. Əgər səhlənkarlıq sübuta yetirilərsə, kompensasiyanın məbləği artırıla bilər.
Keçən il Ontario məhkəməsi UIA-nın Tehrandan uçuşdan əvvəl lazımi risk qiymətləndirməsi aparmamaqda səhlənkarlıq etdiyi qənaətinə gəlib. Bu qərar daşıyıcını PS752 qəzası qurbanlarının ailələrinə kompensasiya məbləğini məhdudlaşdırmaq hüququndan məhrum etdi. Apellyasiya məhkəməsi hökmə baxmaqdan imtina edib.
8 yanvar 2020-ci ildə Ukrayna Beynəlxalq Hava Yollarına məxsus təyyarə Tehran səmasında İran hərbçiləri tərəfindən vurulub.
Ukrayna vətəndaşları da daxil olmaqla 167 sərnişin və 9 ekipaj üzvünün hamısı həlak olub. 16 aprel 2023-cü ildə İran məhkəməsi PS752 qəzasında iştirak edən on hərbi qulluqçuya hökm oxudu.
Nigar
12:05 / 17 Noyabr 2026
80
11:58 / 17 Noyabr 2026
38
11:56 / 17 Noyabr 2026
102
11:28 / 17 Noyabr 2026
57
11:00 / 17 Noyabr 2026
81
10:54 / 17 Noyabr 2026
81
10:50 / 17 Noyabr 2026
93
10:45 / 17 Noyabr 2026
86
10:32 / 17 Noyabr 2026
91
10:30 / 17 Noyabr 2026
97
10:22 / 17 Noyabr 2026
90
10:17 / 17 Noyabr 2026
88
10:13 / 17 Noyabr 2026
88
10:00 / 17 Noyabr 2026
95
09:58 / 17 Noyabr 2026
381
09:54 / 17 Noyabr 2026
883
09:45 / 17 Noyabr 2026
82
09:43 / 17 Noyabr 2026
102
09:36 / 17 Noyabr 2026
96
09:33 / 17 Noyabr 2026
415
09:31 / 17 Noyabr 2026
141
09:28 / 17 Noyabr 2026
145
09:25 / 17 Noyabr 2026
105
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.