Kürdəmirdə meyit tapıldı
18 Oktyabr 2026, 10:27
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
1635
11.08.2025, 16:34
Qusar rayonunda törədilən qətl hadisəsinin təfərrüatları məlum olub.
Oxu24.com xəbər verir ki, oxu.az-ın əldə etdiyi məlumata görə, hadisə avqustun 10-da gecə saat 4 radələrində Yuxarı Tahircal kəndində qeydə alınıb.
Rayonun Gican kənd sakini, 1958-ci il təvəllüdlü Vəkil Əlibəyov bir il əvvəl 1977-ci il təvəllüdlü Şəlalə Ömərova ilə tanış olub və onunla sevgi münasibətləri yaşayıb. Bir müddətdən sonra V.Əlibəyov Ş.Ömərovanı götürüb qaçıb və yaşadığı Gican kəndində birgə yaşayıb. Təxminən bir aydan sonra isə Ş.Ömərova Yuxarı Tahircal kəndinə qayıdıb və o, qardaşının evində məskunlaşıb. V.Əlibəyov isə mütəmadi olaraq Yuxarı Tahircal kəndinə gələrək, Ş.Ömərova ilə yaşayırmış.
Məlumata görə, son günlər cütlük arasında mübahisələr yaşanırmış. Hadisədən bir gün əvvəl də V.Əlibəyovla Ş.Ömərova arasında mübahisə baş verib. Elə həmin gün gecə saatlarında V.Əlibəyov evdən götürdüyü balta ilə Ş.Ömərovaya yatdığı yerdə zərbələr endirib. Səsə yuxudan oyanan Ş.Ömərovanın qardaşı Şirin Ömərov ona mane olmaq istəsə də, alınmayıb. V.Əlibəyov qadının qardaşını da balta ilə qətlə yetirib.
Məlumatda bildirilir ki, Ş.Ömərova fiziki qüsurlu olub və o, V.Əlibəyovdan əvvəl 11 dəfə ərdə olub. İlk həyat yoldaşından üç övladı olan Ş.Ömərovanın digər ərlərindən övladı olmayıb. V.Əlibəyov isə onun qeyri-rəsmi yaşadığı 12-ci əri olub.
***
Avqustun 10-u saat 6 radələrində Qusar rayonu ərazisində Şirin Ömərovun öldürülməsi və Şəlalə Ömərovaya xəsarət yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bakupost.az xəbər verir ki, araşdırmalarla Vəkil Əlibəyovun rayonun Yuxarı Tahircal kəndində yerləşən fərdi yaşayış evində balta ilə çoxsaylı xəsarətlər yetirərək Şirin Ömərovu xüsusi amansızlıqla qəsdən öldürməsinə, Şəlalə Ömərovaya isə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Vəkil Əlibəyov rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.
Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.
12:26 / 18 Oktyabr 2026
22
12:21 / 18 Oktyabr 2026
22
12:18 / 18 Oktyabr 2026
83
12:15 / 18 Oktyabr 2026
36
11:39 / 18 Oktyabr 2026
52
10:31 / 18 Oktyabr 2026
518
10:29 / 18 Oktyabr 2026
115
10:27 / 18 Oktyabr 2026
84
10:25 / 18 Oktyabr 2026
79
08:10 / 18 Oktyabr 2026
26
07:14 / 18 Oktyabr 2026
23
00:00 / 18 Oktyabr 2026
254
23:59 / 17 Oktyabr 2026
166
23:34 / 17 Oktyabr 2026
200
23:19 / 17 Oktyabr 2026
211
22:59 / 17 Oktyabr 2026
209
22:49 / 17 Oktyabr 2026
230
22:21 / 17 Oktyabr 2026
364
22:12 / 17 Oktyabr 2026
222
22:10 / 17 Oktyabr 2026
180
22:05 / 17 Oktyabr 2026
200
21:57 / 17 Oktyabr 2026
289
21:40 / 17 Oktyabr 2026
283
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.