Krıma PUA hücumu olub, ölənlər var
17 Noyabr 2026, 10:45
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
594
13.08.2025, 11:28
“Financial Times” yazır ki, Ağ Evdə ABŞ prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında keçiriləcək sammit ərəfəsində Amerika liderinə məsləhət verə biləcək təcrübəli ekspert və mütəxəssislər çatışmazlığı yaşanır.
Oxu24.com xəbər verir ki, nəşr qeyd edir ki, Tramp ikinci prezidentlik müddətində işçilərinin sədaqətinə arxalanır, çox vaxt onların peşəkar təcrübəsinə o qədər də əhəmiyyət vermir.
Eyni zamanda, hökumət aparatında irimiqyaslı ixtisarlar davam edir: təkcə iyul ayında Rusiya və Ukrayna üzrə analitiklər də daxil olmaqla, 1300-dən çox insan işini itirib.
Avqustun 6-da Moskvada Putinlə danışıqları xarici siyasətdə ciddi təcrübəsi olmayan Stiv Vitkoff aparıb. Əvvəllər ABŞ-da uzun müddət xidmət edən diplomatların danışıqlarda iştirakı dayandırılmışdı.
ABŞ-ın Bolqarıstandakı keçmiş səfiri Erik Rubin deyib: “Əminliklə demək olar ki, Trampın Rusiya və Ukraynanı tanıyan və ona məsləhət verə biləcək bir siyasi xadimi yoxdur”.
Tramp avqustun 8-də bildirib ki, o, Putinlə avqustun 15-də Alyaskada görüşəcəyini gözləyir. Daha sonra danışıqların planlarını Rusiya prezidentinin köməkçisi Yuri Uşakov təsdiqləyib. Onun sözlərinə görə, liderlər Ukrayna böhranının uzunmüddətli sülh yolu ilə nizamlanmasına nail olmaq variantlarının müzakirəsinə diqqət yetirəcəklər. Uşakov vurğulayıb ki, Kreml Putin və Tramp arasında növbəti görüşün Rusiya ərazisində baş tutacağını gözləyir.
Nigar
12:05 / 17 Noyabr 2026
80
11:58 / 17 Noyabr 2026
38
11:56 / 17 Noyabr 2026
102
11:28 / 17 Noyabr 2026
57
11:00 / 17 Noyabr 2026
81
10:54 / 17 Noyabr 2026
81
10:50 / 17 Noyabr 2026
93
10:45 / 17 Noyabr 2026
86
10:32 / 17 Noyabr 2026
91
10:30 / 17 Noyabr 2026
97
10:22 / 17 Noyabr 2026
90
10:17 / 17 Noyabr 2026
88
10:13 / 17 Noyabr 2026
88
10:00 / 17 Noyabr 2026
95
09:58 / 17 Noyabr 2026
381
09:54 / 17 Noyabr 2026
883
09:45 / 17 Noyabr 2026
82
09:43 / 17 Noyabr 2026
102
09:36 / 17 Noyabr 2026
96
09:33 / 17 Noyabr 2026
415
09:31 / 17 Noyabr 2026
141
09:28 / 17 Noyabr 2026
145
09:25 / 17 Noyabr 2026
105
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.