KİV: İranın arsenalında 1500–2500 ballistik raket var
15 Noyabr 2026, 23:32
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
558
11.10.2020, 22:05
"Beynəlxalq kriteriyalara əsasən Qarabağda baş verənlər klassik müharibə xarakteri daşıyır. Unutmaq lazım deyil ki, hər iki tərəf müharibənin şərtlərinə əməl etməyə məcburdur. Müharibənin fundamental qanunlarından biri də cəbhədən kənar bölgələrə atəş açmamaq qadağasıdır. Odur ki, mülki obyektlərə, dinc əhaliyə hücum etmək, zərər vermək yol verilməzdir".
Bu sözləri Publika.az-a özəl açıqlamasında Fransanın beynəlxalq hüquq elmləri doktoru, Strazburq Universitetinin beynəlxalq hüquq üzrə professoru Jan Emmanuel Medina bildirib.
Məsələyə aydınlıq gətirən professor bildirib ki, 1990-cı ildən bugünədək Dağlıq Qarabağda əsasən ermənilər məskunlaşıb:
"Lakin vacib məqam odur ki, BMT-yə daxil olan heç bir ölkə Qarabağı Ermənistan ərazisi kimi qəbul etmir. Beynəlxalq hüquq sisteminə əsasən hər bir dövlətin sərhədləri toxunulmazdır. 1945-ci ildə qəbul edilmiş ali qanunlar var. Bu qanunu hələ heç bir ölkə nə tənqid edib, nə də yenidən gözdən keçirilməsi tələb olunub. Çünki münaqişəli tərəflər arasında stabilliyi təmin edir. Həmçinin bu konvensiyaya əsasən istənilən ölkənin hətta bir ovuc torpağı da işğala məruz qala bilməz".
"Artıq iki həftədir ki, Dağlıq Qarabağ ərazisində baş verənlər dünyada əks səda doğurur. Beynəlxalq ictimaiyyət məsələnin kökünü bilmədən alovu söndürməyi tələb edirlər. Lakin çox az insan bilir ki, əslində bu torpaqlarda Cenevrə Konvensiyası kobud şəkildə pozulur. Hər şeyi bir kənara qoyaq, beynəlxalq məsələlər üzrə vəkil kimi bu məni çox üzür. Məsələ Avropa ictimaiyyətinə yenidən təqdim olunmalıdır ki, daha doğru anlaşılsın. Azərbaycan üçün Dağlıq Qarabağ İspaniya üçün Kataloniya qədər dəyərlidir. Nə Azərbaycan, nə də İspaniya imkan verməməlidir ki, tarix boyu ona məxsus olan torpağı işğal altında qalsın. Rusiya və ABŞ beynəlxalq hüquq sistemini göz önündə saxlamalı, dövlətlərin suverenliyinə hörmətlə yanaşmalıdır. Xüsusən də Azərbaycan Minsk qrupuna açıq şəkildə etiraf edir ki, Azərbaycan torpağını işğaldan azad edəndən sonra Dağlıq Qarabağda müxtəlif xalqlar sülh içərisində yaşayacaqlar" - professor əlavə edib.
09:37 / 16 Noyabr 2026
19
09:32 / 16 Noyabr 2026
31
08:54 / 16 Noyabr 2026
87
08:45 / 16 Noyabr 2026
86
08:42 / 16 Noyabr 2026
148
08:32 / 16 Noyabr 2026
82
08:21 / 16 Noyabr 2026
87
08:01 / 16 Noyabr 2026
91
00:08 / 16 Noyabr 2026
184
23:41 / 15 Noyabr 2026
221
23:35 / 15 Noyabr 2026
347
23:32 / 15 Noyabr 2026
162
23:07 / 15 Noyabr 2026
580
22:43 / 15 Noyabr 2026
1672
22:34 / 15 Noyabr 2026
209
22:24 / 15 Noyabr 2026
172
22:05 / 15 Noyabr 2026
1345
21:57 / 15 Noyabr 2026
771
21:37 / 15 Noyabr 2026
1685
21:07 / 15 Noyabr 2026
1698
20:58 / 15 Noyabr 2026
801
20:55 / 15 Noyabr 2026
325
20:44 / 15 Noyabr 2026
508
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.