İrandan hörmüzlə bağlı AÇIQLAMA
22 May 2026, 20:52
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
982
08.10.2020, 11:13
Ermənistan hərbçiləri Azərbaycanın şanlı ordusu qarşısında aciz duruma düşüb.
BAKU.WS xəbər verir ki, bunu ordumuza qarşı döyüşən düşmən tərəfdəki hərbçilər də etiraf edirlər.
Belə hərbçilərdən biri Artur Oqanisyandır. O, əslən Gümrüdən olan Fransa vətəndaşıdır. Könüllü döyüşmək üçün Dağlıq Qarabağa gələn erməni orada gördüyü dəhşətli mənzərəni Rusiyanın "novayagazeta.ru" saytına danışıb.
Artur Oqanisyan etiraf edib ki, Azərbaycan Silahlı Qüvvələrinin Cəbrayıl şəhərini işğaldan azad etməsindən sonra geri qayıtmağa qərar verib. Erməni hərbçi müsahibə zamanı Ermənistan ordusunun nə qədər aciz olduğunu, yüzlərlə erməninin təkcə onun gözü qarşısında öldüyünü və 18 yaşlı gənclərin Ermənistan hakimiyyətinin qurbanına çevrildiyini vurğulayıb:
"Onlar (Ermənistan hökuməti) insanları aldadırlar, 18 yaşlı əsgəri təkcə avtomatla cəbhəyə göndərirlər. Deyirlər ki, bağışlayın, güllə yoxdur, bağışlayın, tank yoxdur. Güllə keçirməyən gödəkçə yoxdur. Orada heç nə yoxdur!
Ərzaq maşını gəlir, yolda hər şeyi boşaldır, gedir. Əgər yemək istəyirsənsə, Qradın altında 4 km yol getməlisən.
Dünən gecə Hadrutda olduq, zabitlər gəlmişdi. Dedilər ki, komandiri mühakimə edəcəklər. O, gecə bütün cavanları yığıb və Cəbrayıldan getmələrini söyləyib. O, rəhbərliyin əmrinə qulaq asmayıb. Həmin komandir özü bunları dedi: "Bunlar cavan uşaqlardır, 10 gündü orduya çağırılıblar və artıq əllərinə avtomat veriblər". Siz nə edirsiniz? Bu uşaq hara gedəcək? Yaxşı, mən hərbi xidmətdə olmuşam, hərçənd orada bu da kömək etməyəcək. Avtomat aviasiya və artilleriyaya qarşıdır. Mən orada canlı meyidəm.
Bizim xətdə təkcə mənim gözümün qabağında 200 nəfər həlak oldu. Ümumilikdə isə orada minlərlə nəfər ölü var. Bu müharibəyə baxandan sonra başa düşdüm ki, hər şeyi verəcəyik. Onlar Laçını götürmək istəyirlər, ancaq elə kökləniblər ki, Ermənistana da gedə bilərlər".
22:40 / 22 May 2026
5
22:34 / 22 May 2026
170
22:16 / 22 May 2026
136
22:01 / 22 May 2026
62
21:50 / 22 May 2026
51
21:47 / 22 May 2026
73
21:42 / 22 May 2026
67
21:20 / 22 May 2026
81
21:02 / 22 May 2026
80
20:55 / 22 May 2026
427
20:52 / 22 May 2026
58
20:38 / 22 May 2026
89
20:25 / 22 May 2026
102
20:23 / 22 May 2026
94
20:14 / 22 May 2026
828
20:07 / 22 May 2026
81
20:01 / 22 May 2026
82
19:49 / 22 May 2026
352
19:34 / 22 May 2026
577
19:30 / 22 May 2026
149
19:18 / 22 May 2026
285
19:09 / 22 May 2026
89
19:02 / 22 May 2026
510
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.