KİV: İranın arsenalında 1500–2500 ballistik raket var
15 Noyabr 2026, 23:32
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
767
07.10.2020, 22:13
Qarabağda başlayan yeni eskalasiyanın 11-ci günündə Rusiya Prezidenti Vladimir Putinin münaqişə ilə bağlı açıqlaması Ermənistan üçün soyuq duş hesab edilə bilər.
Oxu24.com xatırladır ki, Vladimir Putin Rossiya 24 telekanalına açıqlamasında Rusiyanın Ermənistan bağlı öhdəliklərinin oluğunu desə də, müharibənin Azərbaycan ərazilərində getdiyini vurğulayıb. Vladimir Putinin bu fikri Rusiyanın münaqişəyə müdaxilə etməyəcəyi anlamına gəlir. Bu mövqe təbii ki, Ermənistan üçün arzuolunan deyil.
Zatən, yeni eskalasiyanın ilk günlərindən Kreml sahibinin baş verənləri sükutla izləməsi Rusiyanın münaqişəyə hər hansı müdaxiləsini ehtimalını sıfıra endirmişdi. İrəvan da bunun fərqində olduğu üçün Moskvanı fakt qarşısında qoymağa çalışırdı. Azərbaycanın münaqişə ocağına aid olmayan ərazilərinin, regional və Bakı-Tiflis-Ceyhan kimi beynəlxaql layihələrin hədəf alınması Bakını hövsələdən çıxararaq müharibəni Ermənistan ərazisinə transfer etmək və bununla da Rusiyanın prosesə cəlb olunması məqsədi daşıyırdı. Azərbaycan dəfələrlə İrəvanın bu çirkin planı barədə dünyanı xəbərdar edib.
Vladimir Putinin açılamasını Yenisabah.az-a şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da hesab edir ki, Kremlin sahibini fikirləri İrəvana tərs şillədir. “Əlbəttə ki, bu açıqlama Ermənistan üçün gözlənilməz oldu. Nikol Paşinyan hər vəchlə çalışırdı ki, Rusiyanı münaqişəyə cəlb etsin. Lakin Putin müharibənin Azərbaycan ərazilərində getdiyini söyləməklə İrəvanın bu ümidlərini puça çıxardı”, - deyə politoloq bildirib.
Elxan Şahinoğlunun fikrincə, Vladimir Putinin münaqişəyə münasibətdə seyrçi mövqe tutması mövcud reallıqlarla bağlıdır. “Əvvəla, Vladimir Putin yaxşı bilir ki, Dağlıq Qarabağ Azərbaycanın tarixi ərazisidr. İkincisi, o Ermənistanla müttəfiq olsa da, Dağlıq Qarabağda yaşayan ermənilərə görə Azərbaycan və Türkiyə ilə münasibətlərinə xələl gətirmək istəmir. Rusiya həm Türkiyə, həm də Azərbaycanla bir çox məsələlərdə əməkdaşlıq edir, birgə lahiyələr mövcuddur və s. Faktiki olaraq Moskvanın istər Ankara, istər Bakı ilə münasibətləri müttəfiqi Ermənistanla münasibətlərini üstələyir. Ona görə də düşünürəm ki, Putin riskə getmək istəmir”, - deyə həmsöhbətimiz qeyd edib.
Politoloq əlavə edib ki, Azərbaycan bu tarixi fürsətdən yararlanaraq Qarabağda əks-hücum əməliyyatını davam etdirməlidir.
11:11 / 16 Noyabr 2026
7
11:06 / 16 Noyabr 2026
27
11:01 / 16 Noyabr 2026
33
10:57 / 16 Noyabr 2026
55
10:46 / 16 Noyabr 2026
51
10:41 / 16 Noyabr 2026
80
10:40 / 16 Noyabr 2026
89
10:37 / 16 Noyabr 2026
69
10:23 / 16 Noyabr 2026
74
10:04 / 16 Noyabr 2026
60
09:57 / 16 Noyabr 2026
99
09:47 / 16 Noyabr 2026
100
09:32 / 16 Noyabr 2026
72
08:54 / 16 Noyabr 2026
114
08:45 / 16 Noyabr 2026
116
08:42 / 16 Noyabr 2026
453
08:32 / 16 Noyabr 2026
112
08:21 / 16 Noyabr 2026
121
08:01 / 16 Noyabr 2026
118
00:08 / 16 Noyabr 2026
218
23:41 / 15 Noyabr 2026
247
23:35 / 15 Noyabr 2026
403
23:32 / 15 Noyabr 2026
202
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.