Qaynar xətt:

(+99450) 247 90 86

Ermənistanın itkiləri açıqlandı - RƏQƏMLƏR

Ermənistanın itkiləri açıqlandı - RƏQƏMLƏR

DÜNYA

719

07.10.2020, 11:43

Düşmənin məhv edilən döyüş texnikasının siyahısı Bu gün ərzində Azərbaycan Ordusu müəyyən olunmuş istiqamətlərdə irəliləyərək yeni dayaq məntəqələrini azad etməklə ərazini düşmən qüvvələrdən təmizləyib.

Oxu24.com  Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, döyüşlərdə düşmənin xeyli sayda canlı qüvvəsi, hərbi texnikası və digər döyüş vasitələri məhv edilib.

Sentyabrın 27-dən oktyabrın 7-si saat 05.30-dək düşmənin ümumi itkiləri aşağıdakı kimidir:

- 250-dək tank və digər zirehli texnika;

- 270-dək artilleriya, yaylım atəşli raket sistemləri, minaatan;

- 60-dək hava hücumundan müdafiə vasitələri;

- 11 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi;

- 8 silah-sursat anbarı;

- 150-dək avtomobil texnikası;

- 1 ədəd “S-300” zenit-raket kompleksi.