Türkiyədə özünü din xadimi kimi təqdim edən və həbs edilən Adnan Oktarın təşkilatındakı “kediciklər”in yatağının altından tapılan pulların sirri açıqlanıb.
Bizimyol.info Publika.az-a istinadən xəbər verir ki, “kediciklər”in yatağının altından tapılan 40 min lirə pulun Adnan Oktar tərəfindən qaçış məqsədilə verildiyi məlum olub.
İddiaya görə, o, yuxarı instansiya məhkəmənin 7 ay əvvəl onun haqqında yerli məhkəmədə qəbul edilən qərarı ləğv etməsindən sonra aparılacaq polis əməliyyatlarına qarşı belə bir addım atıb. Həmin qərarın ləğvindən sonra Oktar təşkilatında polis əməliyyatlarına qarşı plan hazırlanıb. “Kediciklər”in yatağının yanında iki silah tapılıb. Həmin pullar və silahlar “kediciklər”in polis əməliyyatı zamanı qaçması üçün nəzərdə tutulub.
Adnan Oktar və Didəm Ürər də saxlanılarkən yanlarındakı çantada 40 min lirə və yüksək miqdarda valyuta aşkarlanıb.
Aparılan araşdırmalar zamanı A.Oktarın da polis hücumunı nəzərə alaraq hər zaman pul dolu çantanı yanında saxladığı məlum olub. Onun 3 qaçış planı hazırladığı aşkarlanıb.
Diqqət çəkən daha bir detal A.Oktara aid olan pul kassasıdır. Lakin polis basqını zamanı həmin kassa tapılmayıb. Həyətdə basdırıldığı ehtimal edilib, lakin axtarışlar hələ ki, nəticə verməyib. Həmin kassanın təşkilatda etibar etdiyi şəxslər tərəfindən gizli bir yerdə basdırıldığı ehtimal edilir. Oxu24.com
ŞƏRHLƏR