Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
3854
az

Dünya iflic ola bilər - Xameneidən ŞOK TƏHDİD

20:3521 İyul, 2018
1173
  • A
Əgər İranın neft ixracına maneələr olarsa, regionda heç bir ölkə neft ixrac edə bilməyəcək.
“Khamenei.ir” saytının yazdığına görə, bu barədə İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei deyib.
O bildirib ki, ABŞ-ın İslami quruluşun özü ilə fundamental problemləri var. Afrika, Asiya və ya Latın Amerikasında bir çox ölkənin ABŞ-la münasibətləri var və onlar hələ də bir çox problemlər yaşayırlar.
“İranın regionda olması onun gücünü və təhlükəsizliyini təmin edir. Mən həmişə ABŞ hökumətinin sözlərinə və ya imzalarına etibar etməmək barədə israr edirəm, buna görə də ABŞ-la danışıqlar faydasızdır. Avropa ilə danışıqlar davam edə bilər, amma biz Avropa paketini gözləmək məcburiyyətində də deyilik. Prezidentin dediyi “İran neftinin ixracına maneələr olacağı təqdirdə, regionda heç bir ölkənin nefti ixrac olunmayacaq” - sözləri İranın sisteminin siyasətini və yanaşmasını əks etdirən vacib sözlərdir”, - deyə Ayətullah Xameneyi qeyd edib.
Xatırladaq ki, ABŞ müttəfiq ölkələr və şirkətlərdən bu il noyabrın 4-dək İrandan neft idxalını dayandırmağı istəyib. ABŞ-dan bir heyətin Orta Şərqdə fərqli ölkələrə səfər edərək İran neftinə yönələn sanksiya qərarına dair danışıqlar aparması gözlənilir. Lakin ABŞ İrandan neft idxalına qarşı sanksiyalarda bəzi ölkələrə güzəşt tətbiq etməyi də nəzərdən keçirəcək.
Ekspertlər hesab edir ki, sanksiyalar nəticəsində İranın neft ixracı hazırkı həcmin üçdə ikisi səviyyəsində azalaraq gündəlik 700 min barrelə düşəcək ( Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Litvanın yeni Baş naziri o seçildi
İran hicabdan imtina edən qadınları belə "MÜALİCƏ" EDƏCƏK
İran onları edam cəzasına məhkum etdi

Yadplanetlilərlə görüşən kişi - "Hazırda otaqda 5 nəfərik, əlaqədə olduğum yadplanetli də buradadır"

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Meyxanaçı Xəyyam Əhmədli dəfn olundu -VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Quş qripi pandemiyası TƏHLÜKƏSİ -Bu ölkə 5 milyon doza peyvənd aldı
Rüfət Səfərov barəsində həbs qətimkan tədbiri seçilib