İndiyə qədər koronavirusla bağlı heç bir rəsmi açıqlama verməyən Şimali Koreyadan həyəcanlı xəbərlər gəlir.
Redaktor.az-ın məlumatına görə, yanvar ayından sərhədlərini bağlayan Şimali Koreyada epidemiyanın nəzarət altına alınıb-alınmadığı məlum deyil.
Rəsmi mediada paylaşılan bəzi fotolarda generalların maska taxdıqları görünür.
Qeyd edək ki, 3 il əvvəl Cənubi Koreyaya qaçmış, lakin ötən həftə demarkasiya xəttini keçərək vətəninə qayıdan Şimali Koreya vətəndaşında COVID-19 aşkarlanmışdı. Bundan sonra Kim Çen In hökümətin təcili iclasını keçirib və sərhəd Kaesong şəhərində karantin elan edilib.
Bu gün Britaniya mediasında yer alan xəbərlər görə, Kim Çen In koronavirusun yayılmasının qarşısını almaq üçün daha bir ağılasığmaz addım atıb. Belə ki, Şimali Koreya lideri avqustun 26-dan etibarən Çin sərhədindən ölkəsinə yaxınlaşan hər kəsin 1 kilometr məsafədə dayanmalı oldğunu, əks halda həmin şəxsləri vurmaq barədə əmr verib.
Şimali Koreyanın elan etdiyi 1 kilometrlik qadağa Çinlə 1416 kilometrlik sərhədin tamamını əhatə edir.
Oxu24.com
ŞƏRHLƏR