Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanlıların yaşadığı bu kənddə koronavirusa yoluxanların sayı artdı

Azərbaycanlıların yaşadığı bu kənddə koronavirusa yoluxanların sayı artdı

DÜNYA

911

01.06.2020, 13:59

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Bolnisi rayonunun Muşevani kəndinin (Dəllər) bütün sakinləri tibbi müayinədən keçirilib”.

Oxu24.com  xəbər verir ki, bunu Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.
O deyib ki, kənddə 1 135 nəfərdən bioloji nümunə götürülüb və onların 75-i pozitiv çıxıb: “Gürcüstanda koronavirusla bağlı ən “qaynar nöqtə” Muşevani kəndidir. Virusa yoluxanların hamısı tibb müəssisələrinə çatdırılıb. Onların vəziyyəti qənaətbəxşdir, bəziləri artıq sağalıb. Eyni zamanda 60-a yaxın kənd sakini karantindədir”.
Qeyd edək ki, 250 ailənin yaşadığı Muşevani kəndində aprelin 25-dən sərt karantin rejimi tətbiq olunur.Report