Ukrayna Rusiyaya zərbə endirdi
18 Noyabr 2026, 17:25
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
776
27.05.2020, 20:09
Müasir dövrümüzdə dünyada yaşayan elə xalqlar var ki, öz adətləri ilə insanları təəccübləndirməkdədir. XXI əsrdə dünyada hələ də elə xalqlar, etnoslar var ki, onlar öz dəfn adətləri ilə insanları təəccübləndirməkdə davam edirlər. Bunlardan biri də İndoneziyanın Sulavesi adasında yaşayan insanlardır.
Sonxeber.az xəbər verir ki, İndoneziyanın Sulavesi adasında yaşayan insanlar xristian dininin daşıyıcıları olsa da, onların ölüləri ilə davranma qaydaları tammailə fərqlidir. Belə ki, bu adada əsrlərdir davam edən bir adət var. Bu da ondan ibarətdir ki, insanlar ölən şəxsi dəfn etmirlər və onunla aylarla, hətta illərlə bir evdə yaşayırlar. Ancaq uzun zaman keçdikdən sonra ailənin qərarı ilə ölən şəxsi şərəfli son yolasalma mərasimi keçirilir. Lakin son yolçuluq zamanı da ölən şəxsi dəfn etmirlər. Onu xüsusi yerlərdə saxlayırlar. Çünki hər 2-3 ildən bir qoyulduğu yerdən çıxarıb, onu geyindirir, foto çəkdiri və şənləndikdən sonra yenidən dəfn edirlər.
Sulavesilər hesa edir ki, insan öləndən sonra onu dərhal torpağa dıfn etməyə ehtiyac yoxdur. Dünyasını dəyişəni uzun zaman yaşadığı evdə saxlamaq olar. Bu zaman onunla ölməyən insan kimi rəftar etmək lazımdır. Onu ağır xəstə və ya yatan insan kimi qəbul etmək laızmdır. O hər şeyi eşidir və hiss edir. Ona görə də sulavesilər ölən şəxsə hörmət və sevgi ilə yanaşır, onu qaldığı otaqda tək buraxmırlar. Onun qaldığı otaqda işıqlar söndürülmür. İş bununla bitmir. Davamlı olaraq ona xidmət edirlər. zamanı gəldikcə onu yuyurlar, paltarını dəyişirlər, onun qarşısına yemək, su və siqaret qoyurlar. Ölən şəxs evdə qaldığı müddətcə böyük diqqət və qayğı göstərilir.
Ölən çəxs ancaq ailənin qərarından sonra evdən götürülə bilər. Belə bir qərardan sonra onun dəfn mərasimi üçün hazırlıq işləri başlanılır. Dəfn mərasimi zamanı isə mahnı oxunub, rəqs edilir. Ölən şəxs üçün mütləq camış kəsilir.
Sulavesilərin inancına görə, camışlar ölənlərin ruhunun axirət dünyasına keçməsinə kömək edirlər. Ona görə də bişirilən camış ətindən bişirilən yeməkdən dəfn mərasiminə gələn insanlara ehsan kimi verirlər.
Sulvesilərin dəfn mərasimi də qəribədir. Ölən şəxs torpağa basdırılmır. Onlar qayaların və mağaraların da. Salınındakı düzəldilmiş xüsusi oyuqlarda yerləşdirilir. Çünki, onlar ölən şəxslə birdəflik vidalaşmırlar. Hər 2-3 ildən bir ölən şəxsi qoyulduğu yerdən çıxarıb, onunla təntənəli mərasim keçirəcəklər. Sulavesilərin bu adəti manene adlanır. Ölən şəxsi həmin yerdən çıxarıb, səliqə ilə geyindirib, onu geyindirib, xatirə şəkli çəkdirirlər və sonradan onu yenə də səliqə ilə dəfn edirlər. Və beləliklə bu proses hər 2-3 ildən bir davam edir. Bununla onlar hesab edir ki, onların əzizləri ölməyib, əbədi yuxuya gediblər. Digər bir maraqlı məqamlardan biri də ondan ibarətdir ki, ölən şəxsin yanına ağacdan dünyasını dəyişən şəxsə oxşar düzəldilmiş kukla da qoyurlar. Hətta ona da paltar geyinidirb, ölənin tüklərindən parik hazırlayıb, başına qoyurlar. Belə kuklalar çox baha başa gəlir. Haradasa 1000 (min) dollara başa gəlir. Bun rəğmən yerli əhali bu məsələdə xəsislik etmirlər. 

18:22 / 18 Noyabr 2026
5
18:17 / 18 Noyabr 2026
41
18:11 / 18 Noyabr 2026
60
18:05 / 18 Noyabr 2026
54
18:00 / 18 Noyabr 2026
59
17:51 / 18 Noyabr 2026
58
17:49 / 18 Noyabr 2026
67
17:45 / 18 Noyabr 2026
74
17:25 / 18 Noyabr 2026
89
17:20 / 18 Noyabr 2026
104
17:20 / 18 Noyabr 2026
114
17:11 / 18 Noyabr 2026
288
17:05 / 18 Noyabr 2026
96
16:52 / 18 Noyabr 2026
235
16:45 / 18 Noyabr 2026
98
16:43 / 18 Noyabr 2026
102
16:41 / 18 Noyabr 2026
96
16:26 / 18 Noyabr 2026
171
16:21 / 18 Noyabr 2026
451
16:05 / 18 Noyabr 2026
110
16:00 / 18 Noyabr 2026
129
15:35 / 18 Noyabr 2026
137
15:32 / 18 Noyabr 2026
146
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.