Dünya üç liderin görüşündən nə gözləyir: yeni razılaşma, yoxsa yeni qarşıdurma?
19 Noyabr 2026, 09:41
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
812
26.04.2020, 18:19
İlk baxışda bir illyuziya olduğu düşünülən bu mənzərənin əslində, çox maraqlı bir sirri var.
Avropa xüsusilə də abidələr baxımından, kəşf ediləcək ən maraqlı qitələrdən biri olması üçün yaxşı imkanlara sahibdir. Ənənələr və ya tarix haqqında danışarkən Şotlandiyanın gözəlliyindən zövq almaq bir ömür sürər. Təəccüblüdür ki, onun ən füsunkar yerlərindən biri quruda yox, dənizdədir.
Oxu24.com musavat.com-a istinadən bildirir ki, son günlər Şotlandiyada dənizin ortasında inşa edilən körpü insanların heyrətinə səbəb olub. Sosial şəbəkələrdə fotosu geniş şəkildə yayılan və müzakirələrə səbəb olan sirli körpü haqqında maraqlı məlumatları sizlərə təqdim edirik.
Belə bir kimsəsiz, əsrarəngiz bir görünüş yaradan körpünün hekayəsi nədir?
Bu körpü Şotlandiyanın cənub-qərbində yer alan Dunbar qəsəbəsinin sərhədlərində qalan Belhaven körfəzində körpü yolu ilə sahili bir-birinə bağlayır.
Bu körpünü Belhaven körfəzinə ən yaxın olan Biel kəndindən də görmək mümkündür. Kəndin içindən təxminən 4,5 kilometr uzunluğunda keçən çay Cənubi Şotlandiyada Belhaven körfəzi ilə qovuşur.
Yerli sakinlər və turistlər Biel çayı üzərində gəzərək və körpüdən istifadə edərək, Belhaven körfəzinin çimərliyinə gedə bilirlər. Bu çimərlik qum təpələrini duz bataqlığı və rəng sıçramalarını təmin edən otlaqları birləşdirən bir mənzərə yaradır.
Dekorasiya xüsusən də Günəş batımı günlərində möhtəşəm bir vizual mənzərə yaradır və bu, fotoqraflar üçün ideal görüntü halına gəlir.
Suyun səviyyəsi qalxdığı zaman körpü hər iki tərəfdən bağlanır. Nəticədə möhtəşəm mənzərə ortaya çıxır.
Bu körpü 1976-cı ildə yerli əhali tərəfindən inşa edilib.





13:34 / 19 Noyabr 2026
1
13:28 / 19 Noyabr 2026
26
13:22 / 19 Noyabr 2026
35
13:15 / 19 Noyabr 2026
48
13:09 / 19 Noyabr 2026
74
12:56 / 19 Noyabr 2026
91
12:45 / 19 Noyabr 2026
62
12:41 / 19 Noyabr 2026
92
12:27 / 19 Noyabr 2026
63
12:13 / 19 Noyabr 2026
86
12:07 / 19 Noyabr 2026
90
11:57 / 19 Noyabr 2026
95
11:45 / 19 Noyabr 2026
97
11:30 / 19 Noyabr 2026
125
11:15 / 19 Noyabr 2026
100
11:10 / 19 Noyabr 2026
98
11:05 / 19 Noyabr 2026
106
11:00 / 19 Noyabr 2026
126
11:00 / 19 Noyabr 2026
119
10:55 / 19 Noyabr 2026
111
10:47 / 19 Noyabr 2026
121
10:32 / 19 Noyabr 2026
444
10:21 / 19 Noyabr 2026
331
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.