Pezeşkian Moskvada səfərdədir
27 Oktyabr 2026, 16:04
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
1196
06.04.2020, 00:41
Dünya atmosferinə hər gün müxtəlif ölçülü cisimlər daxil olur, sürtünmədən dolayı alovlanır. Bəzən onların sayı o qədər artır ki, bu hal meteorit yağışına çevrilir. Lakin bu cisimlər çox da böyük olmadıqlarına görə, Yer səthinə çatmamış daha da kiçik parçalara bölünürlər. Atmosferimiz bir növ qalxan funksiyanı yerinə yetirir.
Bəs o kiçik parçalardan birinin üstümüzə düşmək ehtimalı varmı ?
Əlbəttə ki var.
Demək olar ki, hər gün müxtəlif diametrli göy cisimləri Yerin yaxınlığından keçir. Bəs bu cisimlər Yer kürəsi ilə toqquşsa nə baş verər?
Bu suala cavab vermək üçün dünyada yaşanmış bir fəlakəti xatırlayaq; 2013-cü ilin 15 fevral günü Rusiyada saatda 60000 km sürətlə atmosferə girən bir cisim arxasında isti toz buludu buraxaraq yanmağa başladı. Hətta günəşdən belə daha parlaq hala gəldikdən sonra şiddətli bir partlayış ilə parçalara ayrıldı. Nəticədə yaxınlıqdakı 6 şəhərdə 7200 binanın pəncərələri sındı və 1500 insan yaralandı.
Aprelin 29-da bizi fəlakət gözləyirmi?
Aprel və may aylarında ümumilikdə 28 asteroid dünyanın yaxınlığından keçəcək. Bu siyahıdakı cisimlərdən birinin ölçüsü digərlərindən çox daha böyükdür. Diametrinin 1.8 ilə 4.1 km arasında olduğu təxmin edilir. 2013-cü ildə Rusiyaya düşən asteroidin diametrinin sadəcə 20 m olduğunu nəzərə alsaq, bu ölçüdə asteroidin Yer kürəsi ilə toqquşması dünyanın sonunu gətirə biləcək qədər təhlükəlidir.
1998-ci ildə kəşf edilmiş “(52768) 1998 OR2” asteroidi 29 aprel tarixində Yer kürəsinin 6283110.6 km uzaqlığından keçəcək. Bu da Ayın Yer kürəsinə olan uzaqlığının 16 qatı deməkdir.
Yəni bu uzaqlıqdan keçən asteroidin Yer kürəsinə ziyan vermə ehtimalı yoxdur.
Lakin sizə verəcəyim pis xəbər də var. Belə ki, kəşf edilməyən hələ milyonlarla asteroid mövcuddur. Eynilə 7 il əvvəl Rusiyaya düşərək minlərlə insanın yaralanmasına səbəb olan asteroid kimi…
Demək olar ki, hər gün müxtəlif diametrli göy cisimləri Yerin yaxınlığından keçir. Bəs bu cisimlər Yer kürəsi ilə toqquşsa nə baş verər?
Bu suala cavab vermək üçün dünyada yaşanmış bir fəlakəti xatırlayaq; 2013-cü ilin 15 fevral günü Rusiyada saatda 60000 km sürətlə atmosferə girən bir cisim arxasında isti toz buludu buraxaraq yanmağa başladı. Hətta günəşdən belə daha parlaq hala gəldikdən sonra şiddətli bir partlayış ilə parçalara ayrıldı. Nəticədə yaxınlıqdakı 6 şəhərdə 7200 binanın pəncərələri sındı və 1500 insan yaralandı.

Yəni bu uzaqlıqdan keçən asteroidin Yer kürəsinə ziyan vermə ehtimalı yoxdur.
Lakin sizə verəcəyim pis xəbər də var. Belə ki, kəşf edilməyən hələ milyonlarla asteroid mövcuddur. Eynilə 7 il əvvəl Rusiyaya düşərək minlərlə insanın yaralanmasına səbəb olan asteroid kimi…
19:01 / 27 Oktyabr 2026
8
18:54 / 27 Oktyabr 2026
26
18:49 / 27 Oktyabr 2026
134
18:46 / 27 Oktyabr 2026
28
18:41 / 27 Oktyabr 2026
31
18:34 / 27 Oktyabr 2026
50
18:30 / 27 Oktyabr 2026
65
18:23 / 27 Oktyabr 2026
58
18:20 / 27 Oktyabr 2026
63
18:05 / 27 Oktyabr 2026
112
18:05 / 27 Oktyabr 2026
101
18:02 / 27 Oktyabr 2026
72
18:00 / 27 Oktyabr 2026
69
17:50 / 27 Oktyabr 2026
70
17:33 / 27 Oktyabr 2026
1016
17:29 / 27 Oktyabr 2026
98
17:27 / 27 Oktyabr 2026
145
17:19 / 27 Oktyabr 2026
108
17:16 / 27 Oktyabr 2026
96
17:13 / 27 Oktyabr 2026
92
17:02 / 27 Oktyabr 2026
145
16:56 / 27 Oktyabr 2026
85
16:51 / 27 Oktyabr 2026
95
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.