Türkiyədə ağır qəza: 18 yaralı var
19 Noyabr 2026, 22:14
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
725
03.04.2020, 18:01
Seyran İsmayılxanov alman tamaşaçılarına Azərbaycan mahnılarını ifa etməyə kömək etmək niyyətindədir. Bunun üçün videogörüntü hazırlayıb ki, pərəstişkarları onunla birlikdə karaoke oxuya bilsinlər.
BAKI, 3 aprel - Sputnik, Kəmalə Əliyeva. Almaniyada yaşayan müğənni Seyran İsmayılxanovun sayəsində almanlar nəinki Azərbaycan mahnılarını ifa edə, həm də Azərbaycan dilini öyrənə biləcəklər.
Sputnik Azərbaycan-ın məlumatına görə, koronavirus pandemiyası ilə bağlı Almaniyada da karantin elan edilməsinə baxmayaraq, ifaçı yaradıcılıqla məşğul olmağa çalışır.
O, bu günlərdə bir çox Azərbaycan mahnılarının da daxil olduğu çoxdan gözlənilən albomunu təqdim edib. Bir çox kompozisiyalar üçünsə hətta videogörüntü hazırlayıb ki, alman pərəstişkarları onu karaoke oxuya və eyni zamanda Azərbaycan dilini öyrənə bilsinlər.
Musiqidən başqa, İsmaylxanov öz evində bütün arzu edənlərə pilates (fiziki məşqlər sistemi) üzrə onlayn-məşğələlər keçir.
Seyran İsmayılxanov 2005-ci ildən Almaniyanın Köln şəhərində yaşayır və işləyir. Müğənni Tacikistan, Qazaxıstan, Monteneqro, Makedoniya, Yunanıstan və digər ölkələrdə keçirilən bir çox beynəlxalq müsabiqələrdə, festivallarda, konsertlərdə iştirak edib. Hazırda o, Almaniyada dünya şöhrətli "The Voice" ("Səs") layihəsinin iştirakçısıdır.
23:26 / 19 Noyabr 2026
42
23:22 / 19 Noyabr 2026
45
23:15 / 19 Noyabr 2026
52
23:15 / 19 Noyabr 2026
60
23:06 / 19 Noyabr 2026
112
23:05 / 19 Noyabr 2026
76
22:59 / 19 Noyabr 2026
76
22:47 / 19 Noyabr 2026
87
22:43 / 19 Noyabr 2026
320
22:35 / 19 Noyabr 2026
83
22:31 / 19 Noyabr 2026
70
22:14 / 19 Noyabr 2026
79
22:10 / 19 Noyabr 2026
101
22:03 / 19 Noyabr 2026
77
22:01 / 19 Noyabr 2026
79
21:51 / 19 Noyabr 2026
78
21:48 / 19 Noyabr 2026
174
21:45 / 19 Noyabr 2026
599
21:42 / 19 Noyabr 2026
80
21:29 / 19 Noyabr 2026
87
21:18 / 19 Noyabr 2026
414
21:13 / 19 Noyabr 2026
93
21:05 / 19 Noyabr 2026
127
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.