Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
27841
az

Karantində olan insanlar hansı müddətdən sonra normal həyata qayıda bilər

00:3101 Aprel, 2020
1163
DÜNYA
  • A
“Karantindən sonra normal həyata dönmək asan deyil”. “HaberGlobal”ın verdiyi məlumata görə, bunu türkiyəli psixoloq Onur Okan Dəmirçi deyib. O, Böyük Britaniyada karantinə alınmış şəxslərlə bağlı hesabatdan sonra bu qənaətə gəlib. Hesabata görə, koronavirus şübhəsi ilə karantinə alınmış şəxslərin 54 faizi müəyyən olunmuş müddət bitdikdən sonra da öskürən və asqıran şəxslərdən qaçır, 26 faizi insanların kütləvi toplaşdığı yerlərə getmək istəmir, 21 faizi isə əhali üçün açıq olan heç bir yerə getmir. Bu insanların normal həyata dönmə müddətinin bir neçə aydan üç ilə qədər uzanacağı proqnozlaşdırılır. Dəmirçi bu araşdırmanın karantindən sonra insanların normal həyatlarına davam etməsinin o qədər də asan olmadığını sübut etdiyini bildirib: “Nə qədər vaxtda normal həyata qayıda biləcəyimiz isə karantin müddətində görəcəyimiz tədbirlərdən, həmçinin vaxtın və itkilərin minimuma endirilməsindən asılı olacaq”. Psixiatrın sözlərinə görə ən yüksək psixoloji stressə 16-24 yaş aralığında olan insanlar məruz qalırlar. “Sadəcə önümüzdəki bir neçə təcrid həftəsini deyil, bundan sonrakı daha uzun ola biləcək psixoloji problemlər dövrünü ciddi şəkildə düşünmək lazımdır", - deyə o, sözlərini yekunlaşdırıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yarış zamanı kəllə-beyin travması alan idmançı öldü

Türkiyə və Almaniyanın dönər mübahisəsi: 6 ay vaxt verildi
Zelenski-Tramp görüşü: Müharibə hələ bitməyəcək... -YENİLƏNDİ

“WhatsApp”da yeni funksiya aktivləşir

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Zirəddindən sensassion açıqlama:"Rasim suda deyil,öldürülüb..."
Gəncənin küçələri bərbad vəziyyətdədir - SAKİNLƏR ŞİKAYƏT EDİR
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Polis əməkdaşları tərəfindən xeyli silah-sursat aşkarlandı - VİDEO