Qaynar xətt:

(+99450) 247 90 86

Koronavirus ən çox bu xəstəliklərdən əziyyət çəkənləri öldürür - STATİSTİKA

2020/03/31/1585680110_photo_92907.jpg

DÜNYA

1973

31.03.2020, 22:39

İtaliyada koronavirusa yoluxanlar və ölənlərlə bağlı hesabat hazırlanıb.
Redaktor.az bildirir ki, hesabatda ölüm nisbəti, yoluxanların yaşı, yoluxma səbəbləri və digər məqamlar öz əksini tapıb. Məlumata görə, ölkədə koronavirusa yoluxanların 55,7%-i kişidir. Ölkədə koronavirusdan ölüm nisbəti artıb və 10,6-ya çatıb.
Koronavirusdan ölən 10 min 26 nəfərin 95%-nin yaşı 60-dan çoxdur. Cəmi 0,02% isə 20-29 yaş arasında olan şəxslərdir. Xəstəlikdən sağalmanın ən az olduğu ehtimal 80 və daha artıq yaşda olan insanlardır. Koronavirusdan dünyasını dəyişənlərdən 73,5%-də hipertansiyon qeydə alınıb. Diabet və ürək çatışmazlığından əziyyət çəkənlər də xəstəliyin əsas qurbanları hesab olunurlar. Ölənlərin arasında hər hansı xəstəliyi olmayanlar 2,1% təşkil edir.