Rusiya bu sayda Ukrayna PUA-sı vurdu
26 Oktyabr 2026, 21:58
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
743
30.03.2020, 23:25
Hər dövrün olduğu kimi, COVID-19 günlərinin də öz qəhrəmanları var.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, onlardan biri İsrailin Netanya şəhərində yaşayan yəhudi əsilli həmyerlimiz Sara Mirzəyevadır.
Sfera.az xəbər verir ki, şəhərin "Magen David Adom” təcili yardım xidmətində beş ildir çalışan Sara Mirzəyeva hər gün koronavirusa yoluxmuş xəstələrə yardım edir.
Həmyerlimizi COVID-19-la mübarizənin qəhrəmanı adlandıran qəzetin "Koronavirus qorxusunun öhdəsindən necə gəlirsiniz?” sualına cavabında S.Mirzəyeva deyib ki, tibb sahəsi həmişə təhlükə ilə üz-üzədir:
"Qorxu vəziyyətində insanın təbiəti ikiyə bölünür. Qorxu onu ya susdurur, ya da ona güc verir. Əvvəlcədən edə bilmədiyin hərəkətləri yerinə yetirmək üçün həmin qüvvə böyük impulsa çevrilir. Tibb aləmi həmişə təhlükə ilə üz-üzədir. Bu, əvvəlcədən bilmədiyin və nəzərə almadığın bir şey deyil”.
S.Mirzəyeva qeyd edib ki, ixtisasını seçəndə bütün çətinlikləri nəzərə alıb və xalqa xidmət borcunun öhdəsindən yetərincə, şərəflə gələcəyinə əmin olduqdan sonra qərarını verib:
"İşimin öhdəsindən lazımınca gəlmək üçün daim oxumalı, öyrənməli, araşdırmalı olduğumu da bilirəm. Bütün bunlar mənə güc verir. Həyat gözəldir! İnsanları sevərək, yardım edərək yaşamalıyıq”. (oxu.az)
22:02 / 26 Oktyabr 2026
1
21:58 / 26 Oktyabr 2026
12
21:53 / 26 Oktyabr 2026
16
21:44 / 26 Oktyabr 2026
34
21:32 / 26 Oktyabr 2026
34
21:30 / 26 Oktyabr 2026
37
21:05 / 26 Oktyabr 2026
608
21:02 / 26 Oktyabr 2026
66
20:56 / 26 Oktyabr 2026
68
20:30 / 26 Oktyabr 2026
73
20:26 / 26 Oktyabr 2026
75
20:17 / 26 Oktyabr 2026
73
20:07 / 26 Oktyabr 2026
92
19:57 / 26 Oktyabr 2026
65
19:43 / 26 Oktyabr 2026
90
19:17 / 26 Oktyabr 2026
76
19:00 / 26 Oktyabr 2026
78
18:47 / 26 Oktyabr 2026
90
18:36 / 26 Oktyabr 2026
107
18:20 / 26 Oktyabr 2026
87
18:10 / 26 Oktyabr 2026
86
17:45 / 26 Oktyabr 2026
189
17:01 / 26 Oktyabr 2026
124
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.