Tanınmış alpinist yıxılaraq həlak oldu
09 Fevral 2026, 00:55
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
730
30.03.2020, 22:10
Birləşmiş Millətlər Təşkilatı COVİD-19 pandemiyasının yayılması ilə bağlı Yaradıcı Sənayelərə açıq çağırış edib
Oxu24.com xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə birlikdə koronavirus pandemiyasına qlobal reaksiya kimi ilk dəfə olaraq pandemiya haqqında doğru mesajların yayılmasına kömək etmək məqsədilə effektiv və əlçatan məlumatların yaradılması üçün Birləşmiş Millətlər Təşkilatı Yaradıcı Sənayelərə açıq çağırış edib.
Çağırışın məqsədi yanlış məlumatların yayılmasını dayandıraraq koronavirusun yayılmasının minimuma endirilməsi və ya qarşısı alına biləcək ərazilərə faydalı məlumatların əvvəlcədən çatdırılmasıdır. Yaradıcı insanlara səslənən çağırışda BMT bunun tək bir təşviqat olmadığını, əksinə fərqli mədəniyyətlərə, dil və yaş qruplarına, coğrafiyalara mənsub olan izləyicilərə çatmaq üçün "çoxsaylı yaradıcı həllər" çağırışının olduğunu vurğulamışdır. Bu məqsədlə, BMT şəxsi gigiyenanı, sosial məsafəni, simptomları tanımanı, xoş niyyətin yayılmasını, yanlış məlumatların qarşısının alınmasını yaradıcı insanların ictimai fəallığı üçün əsas sahələr kimi təklif etmişdir.
Həmçinin oxuyun
Təşkilat yaradıcı insanlara xüsusi auditoriyaları hədəf almağı; təsir gücünə malik olanlara bu məlumatları öz izləyiciləri iə bölüşməyi; media sahiblərinə öz platformalarında yaymağı; dünya brendlərini öz reklam sahələrini bu mesajları paylaşmaq üçün istifadə etməyi; ictimaiyyəti isə bu mesajların öz cəmiyyətlərinə uyğunlaşdırılaraq yayılmasına kömək etməyı təklif edir.
BMT-nin baş katibi Antonio Qutereş öz açıqlamasında "biz görünməmiş bir vəziyyətdəyik və normal qaydalar artıq tətbiq edilə bilməz, belə bir zamanda adi vasitələrə müraciət edə bilmərik" deyə qeyd etmişdir. O, yaradıcı insanları, müxtəlif təsir güclərinə malik şəxsləri, şəbəkələri, media sahiblərini və digərləri ÜST-ün tədbirlərini həyata keçirməyə və onun mesajlarını əvvəllər çatdırılmamış auditoriyalara yaymağa kömək etməyə çağırmışdır.
BMT məlumatların ÜST-ün müəyyən etdiyi əsas sahələrdən və bu təşkilatdan alınan məlumatlardan yayınmamaq şərti ilə çatdırmağa xahiş etmişdir.
12:06 / 09 Fevral 2026
1
11:43 / 09 Fevral 2026
345
11:41 / 09 Fevral 2026
219
11:15 / 09 Fevral 2026
44
11:05 / 09 Fevral 2026
123
10:55 / 09 Fevral 2026
186
10:50 / 09 Fevral 2026
1053
10:34 / 09 Fevral 2026
213
10:32 / 09 Fevral 2026
284
10:21 / 09 Fevral 2026
507
09:58 / 09 Fevral 2026
238
09:57 / 09 Fevral 2026
239
09:52 / 09 Fevral 2026
92
09:50 / 09 Fevral 2026
44
09:10 / 09 Fevral 2026
79
01:29 / 09 Fevral 2026
493
00:55 / 09 Fevral 2026
170
23:59 / 08 Fevral 2026
399
23:49 / 08 Fevral 2026
208
23:31 / 08 Fevral 2026
804
23:16 / 08 Fevral 2026
564
23:05 / 08 Fevral 2026
2327
22:49 / 08 Fevral 2026
889
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.