Türkiyədə ağır qəza: 18 yaralı var
19 Noyabr 2026, 22:14
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
687
30.03.2020, 18:32
Rusiya Prezidenti Vladimir Putin koronavirusla bağlı yenidən xalqa müraciət edib.
Oxu24.com -un verdiyi məlumata görə, Rusiyanın dövlət başçısı indiyə kimi yeni növ koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə tədbirləri barədə məlumat verib. O, əhalinin yaşlı təbəqəsini ev təcridində qalmağa çağırıb: "Xüsusilə yaşlı insanlardan xahiş edirik ki, bu müddət ərzində evdə qalmaları çox vacibdir. Atılan bu addımlar sizin sağlamlığınızın təhlükəsizliyi üçündür. Xahiş edirik ki, evdə qalasız".
Rusiya Prezidenti ötən həftə ərzində ölkədə koronavirus infeksiyasının yayılmasının qarşısını almağa nail olduqlarını söyləyib. Moskva və Moskva ətrafında ev təcridi rejiminin tətbiq olunmasını düzgün addım adlandıran Putin paytaxt sakinlərinə müraciət edərək onları məsuliyyətli olmağa, özlərinin və ətrafdakılarının sağlamlıqlarına diqqət yetirməyə çağırıb.
V. Putin koronavirusun yayılmasına qarşı görülən tədbirlər çərçivəsində dövlət orqanlarının ayıq-sayıq olmalı, bir-biri ilə koordinasiya şəraitində fəaliyyət göstərməli olduğunu söyləyib.
Qeyd edək ki, Rusiya ərazisində indiyə kimi 1836 nəfər koronavirusa yoluxub. COVİD-19 virusuna yoluxanların 1226 nəfəri Moskva şəhərinin payına düşür.
Rusiyada 66 nəfərin sağaldığı, 11 nəfərin isə bu virusdan öldüyü bildirilir.
23:26 / 19 Noyabr 2026
42
23:22 / 19 Noyabr 2026
45
23:15 / 19 Noyabr 2026
52
23:15 / 19 Noyabr 2026
60
23:06 / 19 Noyabr 2026
112
23:05 / 19 Noyabr 2026
76
22:59 / 19 Noyabr 2026
76
22:47 / 19 Noyabr 2026
87
22:43 / 19 Noyabr 2026
320
22:35 / 19 Noyabr 2026
83
22:31 / 19 Noyabr 2026
70
22:14 / 19 Noyabr 2026
79
22:10 / 19 Noyabr 2026
101
22:03 / 19 Noyabr 2026
77
22:01 / 19 Noyabr 2026
79
21:51 / 19 Noyabr 2026
78
21:48 / 19 Noyabr 2026
174
21:45 / 19 Noyabr 2026
599
21:42 / 19 Noyabr 2026
80
21:29 / 19 Noyabr 2026
87
21:18 / 19 Noyabr 2026
414
21:13 / 19 Noyabr 2026
93
21:05 / 19 Noyabr 2026
127
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.