Qaynar xətt:

(+99450) 247 90 86

Son sutkada İspaniyada koronavirusdan 769 ölüb, ölü sayı 4858-ə çatıb

Son sutkada İspaniyada koronavirusdan 769 ölüb, ölü sayı 4858-ə çatıb

DÜNYA

533

27.03.2020, 15:20

Son 24 saat ərzində İspaniyada koronavirusa yoluxmuş 769 nəfər vəfat edib.

APA-nı xəbərinə görə, bununla, İspaniyada ölənlərin ümumi sayı 4858 nəfərə çatıb.

Ölkə ərazisində son sutka ərzində virusa 7871 yeni yoluxma faktı aşkarlanıb. Bununla da ümumilikdə İspaniyada koronavirusa yoluxanların sayı 64059-a yüksəlib.

Bu günədək koronavirusdan ölüm faktının 2000-dən çoxu paytaxt Madriddə qeydə alınıb.

Kataloniyada 880, Bask bölgəsində 180 ölüm halı baş verib.

Ölkə ərazisində karantin müddəti aprelin 12-dək uzadılıb.