Tehranda hava hücumundan müdafiə sistemləri işə düşüb
01 May 2026, 09:19
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
642
26.03.2020, 00:55
“Epidemiya, demək olar ki, bütün dünyaya yayılıb. Bu xəstəliyin yayılmasının qarşısını almaq üçün var-gücümüzlə çalışırıq”.
APA-nın yerli bürosunun məlumatına görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xalqına müraciətində belə deyib.
Yeni tip koronavirus (COVID-19) üzə çıxan gündən bəri Türkiyənin 20 yanvardan etibarən bütün qabaqlayıcı tədbirlər gördüyünü bildirən Ərdoğan bildirib ki, buna baxmayaraq, ölkəsində bu təhlükəli virusa yoluxma və ölüm halları baş verib: “İlk ölüm halı 18 martda oldu. Virusla mübarizə üçün 100 milyard lirəyə yaxın tədbirlər planı açıqladıq. Minimum əməkhaqqını 1500 lirəyə yüksəltdik. Həm xəstəliklə mübarizə, həm də bunun iqtisadi tərəfdən proseslərini tədricən elan etdik. Ölkəmizdə 53 min vətəndaşımızı evlərində müalicəyə götürdük. Bunlardan 709-u tamamilə sağaldı. 460 nəfəri hərtərəfli müayinə etdik, təəssüf ki, onların arasından 44-nü itirdik. Onu da deyim ki, vəfat edənlərimizin koronavirusdan xaric əlavə xəstəlikləri də olub”.
Həmçinin oxuyun
R.T.Ərdoğan bildirib ki, xəstəliklə mübarizə üçün evdə qalmaq, təmizliyə riayət etmək ən vacib şərtdir: “Biz öncə insan dediyimiz üçün hər vətəndaşımızın sağlığı bizim üçün vacibdir. Gözlə görülməyən bir virus olsa belə, heç bir düşmən xalqımızın əzmindən, birliyindən, gücündən üstün deyil. Vətəndaşlarımızdan tək ricamız 2-3 həftə içində bu xəstəliyi daha az zərərlə dəf edə bilmək üçün zəruri hal olmadıqda evdə qalmalarıdır. Səbirli, diqqətli olaq və təmizliyimizə, eləcə də ətrafımızın təmizliyinə riayət edək”.
Türkiyə Prezidenti deyib ki, dünyanın 17 ölkəsinə koronavirusla mübarizə üçün yardım göndərilib.
Dünyada bu epidemiyadan sonra heç bir şeyin əvvəlki kimi olmayacağını vurğulayan Prezident Türkiyənin yeni dönəmə hazır olduğunu da qeyd edib: “Türkiyə olaraq bu yeni dövrə güclü bir infrastrukturla giririk. Diqqətli, ehtiyatlı olaq, mübarizə bizdən, təqdir Allahdandır”.
14:01 / 01 May 2026
1
13:59 / 01 May 2026
14
13:51 / 01 May 2026
21
13:47 / 01 May 2026
23
13:39 / 01 May 2026
19
13:39 / 01 May 2026
178
13:37 / 01 May 2026
50
13:35 / 01 May 2026
40
13:32 / 01 May 2026
34
13:29 / 01 May 2026
37
13:28 / 01 May 2026
33
12:57 / 01 May 2026
174
12:54 / 01 May 2026
556
12:52 / 01 May 2026
64
12:37 / 01 May 2026
58
12:22 / 01 May 2026
63
12:11 / 01 May 2026
170
12:05 / 01 May 2026
66
11:52 / 01 May 2026
63
11:36 / 01 May 2026
79
11:26 / 01 May 2026
75
11:19 / 01 May 2026
69
11:11 / 01 May 2026
74
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.