Rusiya bu sayda Ukrayna PUA-sı vurdu
26 Oktyabr 2026, 21:58
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
1041
25.03.2020, 14:17
İtaliyada koronavirusa yoluxan ilk şəxsin kimliyi bəlli olub.
Publika.az-ın xəbərinə görə, 38 yaşlı Mattia 1 aylıq müalicədən sonra evə buraxılıb.
Koronavirusun ən çox yayıldığı Lombardiya vilayətindən olan Mattia səs qeydi vasitəsilə insanları evlərindən çıxmamağa çağırıb:
"Mənə 18 gün reanimasiyada qaldığımı dedilər. Sonra yoluxucu xəstəliklər şöbəsində müalicə aldım və burada əsl dünya ilə ilk əlaqə qurmağa başladım. Orada dünyada ən sadə, lakin ən gözəl şey olan nəfəs almağa başladım. Çox şanslı idim, çünki müalicənin effekti oldu. Ancaq xəstələnərkən dərman, həkim qıtlığı yarana bilər. Bu baxımdan tədbirli davranmağa çalışın. Tək istəyim yaxınımın övladının dünyaya gəlməsini görməkdir".
Fevralın 20-də reanimasiyaya yerləşdirilən Mattianın virusu əksər insanlara yaymasına səbəb isə vaxtında testdən keçirilməməsi olub. Onun olduğu xəstəxananın həkim və tibb bacılarında da ölümcül virusa yoluxma qeydə alınıb.
Mattianın atası da COVID-19 səbəbilə ölüb.
Qeyd edək ki, İtaliyada yeni tip virusa yoluxanların sayı 69 mindən çoxdur. Bu göstərici ilə ölkə Çindən sonra ikinci pillədə qərarlaşıb. İtaliya COVID-19 səbəbilə həyatını itirənlərin sayına görə Çini belə geridə qoyub (6 min nəfərdən çox).
Dünya üzrə koronavirusa yoluxanların sayı 423 mindən çox, pandemiya səbəbilə ölənlər isə təqribən 19 min nəfərdir.

22:02 / 26 Oktyabr 2026
1
21:58 / 26 Oktyabr 2026
12
21:53 / 26 Oktyabr 2026
16
21:44 / 26 Oktyabr 2026
34
21:32 / 26 Oktyabr 2026
34
21:30 / 26 Oktyabr 2026
37
21:05 / 26 Oktyabr 2026
608
21:02 / 26 Oktyabr 2026
66
20:56 / 26 Oktyabr 2026
68
20:30 / 26 Oktyabr 2026
73
20:26 / 26 Oktyabr 2026
75
20:17 / 26 Oktyabr 2026
73
20:07 / 26 Oktyabr 2026
92
19:57 / 26 Oktyabr 2026
65
19:43 / 26 Oktyabr 2026
90
19:17 / 26 Oktyabr 2026
76
19:00 / 26 Oktyabr 2026
78
18:47 / 26 Oktyabr 2026
90
18:36 / 26 Oktyabr 2026
107
18:20 / 26 Oktyabr 2026
87
18:10 / 26 Oktyabr 2026
86
17:45 / 26 Oktyabr 2026
189
17:01 / 26 Oktyabr 2026
124
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.