Pezeşkian Moskvada səfərdədir
27 Oktyabr 2026, 16:04
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
1060
24.03.2020, 18:49
Qazaxıstanda hərbi xidmətə yaz çağırışı və bir il xidmət edən əsgərlərin tərxis edilməsi dayandırılıb.
Oxu24.com-un Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, bu haqda informasiya və ictimai inkişaf naziri Dauren Abayev danışıb.
“Müdafiə Nazirliyi fövqəladə vəziyyət tətbiq edilməsi ilə əlaqədar olaraq 2019-cu ilin yazında hərbi xidmətə çağırışı və əsgərlərin tərxis edilməsini dayandırıb”. Abayev brifinqdə belə deyib.
Koronavirusun yayılması ilə əlaqədar fövqəladə vəziyyət rejimi Qazaxıstanda martın 16-dan etibarən qüvvədədir. Ölkə ictimai asayişin qorunmasını gücləndirib, kütləvi tədbirlərə qadağa tətbiq edib və iri ticarət obyektlərinin işini məhdudlaşdırıb. Əyləncə mərkəzləri, kinoteatrlar, teatrlar, sərgilər və kütləvi izdihamlı digər obyektlər müvəqqəti bağlanıb. Qazaxıstan ərazisinə giriş-çıxışda məhdudiyyətlər var. Dövlət sərhədinin buraxılış məntəqələrində, dəmir yolu vağzallarında və hava limanlarında sanitariya-epidemioloji rejim gücləndirilib.
Hal-hazırda Almatı və Nur-Sultan karantindədir.
Məhz bu iki şəhərdə koronavirus infeksiyası halları ilk dəfə qeydə alınıb.
Qazaxıstanda 18-27 yaş arası 16 mindən çox gəncin hərbi xidmətə çağırılması planlaşdırılırdı.

19:01 / 27 Oktyabr 2026
8
18:54 / 27 Oktyabr 2026
26
18:49 / 27 Oktyabr 2026
134
18:46 / 27 Oktyabr 2026
28
18:41 / 27 Oktyabr 2026
31
18:34 / 27 Oktyabr 2026
50
18:30 / 27 Oktyabr 2026
65
18:23 / 27 Oktyabr 2026
58
18:20 / 27 Oktyabr 2026
63
18:05 / 27 Oktyabr 2026
112
18:05 / 27 Oktyabr 2026
101
18:02 / 27 Oktyabr 2026
72
18:00 / 27 Oktyabr 2026
69
17:50 / 27 Oktyabr 2026
70
17:33 / 27 Oktyabr 2026
1016
17:29 / 27 Oktyabr 2026
98
17:27 / 27 Oktyabr 2026
145
17:19 / 27 Oktyabr 2026
108
17:16 / 27 Oktyabr 2026
96
17:13 / 27 Oktyabr 2026
92
17:02 / 27 Oktyabr 2026
145
16:56 / 27 Oktyabr 2026
85
16:51 / 27 Oktyabr 2026
95
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.