Almaniya üç ölkənin Ukraynanı maliyyələşdirməkdən imtina etməsindən qəzəblənib
26 Oktyabr 2026, 22:30
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
530
17.03.2020, 15:49
2000-ci ilədək Türkiyə Respublikasına köçmüş və hazırda İstanbul şəhərində kompakt və qeyri-qanuni məskunlaşmış azərbaycanlılardan ilkin olaraq, Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmış 18 nəfərə Türkiyə ərazisində müvəqqəti yaşamaq icazəsini (“insani”) təsdiq edən vəsiqələrin təqdimetmə mərasimi keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, vəsiqələri Azərbaycanın İstanbul şəhərindəki Baş Konsulu Məsim Hacıyev və Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə heyətinin sədri, professor Aygün Attar təqdim edib.
Vəsiqələr martın 16-da Azərbaycanın İstanbul şəhərindəki Baş Konsulluğunda verilib.
Bildirilir ki, iki ölkənin aidiyyəti dövlət orqanları 1990-cı illərdə Türkiyə Respublikasına köçmüş və hazırda qeyri-rəsmi məskunlaşmış azərbaycanlıların hüquqi vəziyyəti, onların Azərbaycan Respublikasının vətəndaşlığına mənsubluğunun müəyyən edilməsi, Türkiyə ərazisində hüquqi statusunun leqallaşdırılması, qeydiyyata alınması və digər məsələləri daim diqqət mərkəzində saxlamaqla yanaşı, ötən müddət ərzində birgə fəaliyyət göstərib.
Bu məsələ Prezident İlham Əliyevin nəzarətindədir və bununla əlaqədar müvafiq dövlət qurumlarına (Daxili İşlər Nazirliyi, Dövlət Miqrasiya Xidməti, Xarici İşlər Nazirliyi, Təhsil Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi və digər qurumlara) tapşırıqlar verilib. Tapşırığa əsasən müxtəlif dövlət qurumlarının iştirakı ilə işçi qrupu yaradılıb, intensiv araşdırma və müzakirələr aparılıb.
Vəsiqələrin verilməsi 2019-cu ilin sonlarında Türkiyənin Daxili İşlər nazirinin müavini İsmail Çataklının rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri zamanı işçi qrupunun təklifi ilə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində keçirilmiş görüşdə əldə olunan razılaşmaya əsasən həyata keçirilib. Müvafiq razılaşmaya uyğun olaraq, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Türkiyəyə səfəri çərçivəsində 23 sentyabr 2019-cu il tarixində İstanbul valisi Ali Yerlikaya ilə görüş zamanı prosedurun həyata keçirilməsi detalları ilə bağlı dəqiqləşdirmələr aparılıb.
Artıq hər iki ölkənin müvafiq qurumlarının birgə fəaliyyəti nəticəsində bir qrup soydaşımıza yeni vəsiqələr verilib. Qeyd edək ki, bu, sənədləşmə işinin başlanğıcıdır, proses yeni siyahıların dəqiqləşdirilməsi və sənədlərin hazırlanması istiqamətində davam edir.
Yeni vəsiqələrlə təmin olunmuş soydaşlarımız Azərbaycan və Türkiyənin Prezidentlərinə humanist addıma görə təşəkkür ediblər. Onlar Türkiyə ərazisində indiyədək üzləşdikləri problemlərin həllində bu addımın olduqca böyük əhəmiyyət kəsb etdiyini vurğulayıblar.
Xatırladaq ki, vəsiqə verilmiş şəxslər Türkiyə Respublikasında qeyri-qanuni məskunlaşma ilə bağlı nəzərdə tutulmuş bütün inzibati cərimələrdən azad olunublar.
00:42 / 27 Oktyabr 2026
1
00:00 / 27 Oktyabr 2026
41
23:43 / 26 Oktyabr 2026
77
23:30 / 26 Oktyabr 2026
65
23:16 / 26 Oktyabr 2026
79
23:08 / 26 Oktyabr 2026
67
22:58 / 26 Oktyabr 2026
78
22:56 / 26 Oktyabr 2026
79
22:51 / 26 Oktyabr 2026
64
22:34 / 26 Oktyabr 2026
322
22:30 / 26 Oktyabr 2026
78
22:11 / 26 Oktyabr 2026
81
22:11 / 26 Oktyabr 2026
72
22:04 / 26 Oktyabr 2026
90
22:02 / 26 Oktyabr 2026
83
21:58 / 26 Oktyabr 2026
72
21:53 / 26 Oktyabr 2026
182
21:44 / 26 Oktyabr 2026
76
21:32 / 26 Oktyabr 2026
78
21:30 / 26 Oktyabr 2026
78
21:05 / 26 Oktyabr 2026
1333
21:02 / 26 Oktyabr 2026
89
20:56 / 26 Oktyabr 2026
105
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.