111 yaşlı kişi çox yaşamağın sirrini AÇIQLADI
27 Aprel 2026, 16:36
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
817
03.03.2020, 10:26
Türkiyə Silahlı Qüvvələrinin "Bahar qalxanı" əməliyyatları çərçivəsində 4 günlük müdaxiləsi Suriyada balansları dəyişdirib.
Publika.az xəbər verir ki, suriyalı müxaliflər İdlib şəhərinin cənubundakı Cəbəl Zayiyə bölgəsində ötən gün başlatdıqları əməliyyatı tamamlayıb.
9 kəndi işğaldan xilas edən müxaliflər bölgəni tamamillə ələ keçirib. Türk ordusunun Silahlı Pilotsuz Uçuş Aparatları ilə dəstəklədiyi əməliyyatda rejim və dəstəkçiləri kəndləri boşaldaraq qaçıb.
TSQ müxaliflərə dəstək verir
Bununla yanaşı, İdlibin Kəfrənbel qəsəbəsində də müxaliflərin əməliyyatları davam edir. Qəsəbənin bir hissəsi müxaliflərin əlinə keçib. Bənzər mənzərə Həmanın Əl-Qab bölgəsində yaşanıb. Müxaliflər hərbi hava qüvvələri üstünlüyünü itirən rejimə ağır zərbələr endirib. TSQ-nın köməyi ilə daha 9 kənd rejimdən alınıb.
Strateji əhəmiyyətə sahib Sərakib Suriyada savaşın fokus nöqtəsi olub. Rejim və dəstəkçiləri psixoloji üstünlük qazanmaq üçün qəsəbəyə bütün qüvvəsi ilə hücuma keçib. Rusiyanın muzdlu döyüşçülərinin gətirildiyi qəsəbə elə rus ordusu tərəfindən ağır bombardman edilib. Müxaliflər burada geri çəkilmək məcburiyyətində qalıb.
Rusiya yanlışlıqla vurdu
Həmçinin oxuyun
Türk ordusunun SPUA-ları silahla dolu iki yük maşını və raketatıcını məhv edib. Qəsəbnin 20 km şimalındakı rejimə aid 1 sursat anbarı məhv edilib. Rusiyanın hərbi hava qüvvələri yanlışlıqla rejimə aid daha bir sursat anbarını göyə uçurub. Çox sayda əsgər ölüb. Müxaliflərin Sərakibdə pusquya saldığı 20 nəfərlik rejim qrupu zərərsizləşdirilib.
Hizbullah qaçmağa məcbur oldu
Sərakibdə rejimin cəbhəsində savaşan Hizbullah Türkiyə Silahlı Qüvvələrini yaşatdığı şokdan ayıla bilməyib. Ərəb mediasında yer alan iddiaya görə, cəbhə xəttində sıxışan Hizbullah türk ordusu ilə döyüşü dayandırmaq, ölü və yaralılarını təxliyə etmək üçün Livan və İrandan vasitəçilik etməsini istəyib.
Bu çərçivədə Livan İctimai Təhlükəsizlik Bürosunun sədri Abbas İbrahim Ankaraya gələrək Milli Kəşfiyyat Təşkilatında toplantıya qatılıb. General ölü və yaralıların təxliyəsi üçün Türkiyədən yardım istəyib.
Türk ordusunun genişmiqyaslı hücumundan sonra Suriya rejimi Hizbullahı döyüş meydanında qoyaraq geri çəkilib.
19:26 / 27 Aprel 2026
6
19:15 / 27 Aprel 2026
14
18:54 / 27 Aprel 2026
30
18:37 / 27 Aprel 2026
115
18:20 / 27 Aprel 2026
46
18:15 / 27 Aprel 2026
190
17:55 / 27 Aprel 2026
53
17:40 / 27 Aprel 2026
203
17:15 / 27 Aprel 2026
57
17:13 / 27 Aprel 2026
51
16:50 / 27 Aprel 2026
55
16:36 / 27 Aprel 2026
71
16:32 / 27 Aprel 2026
555
16:21 / 27 Aprel 2026
63
16:09 / 27 Aprel 2026
937
16:04 / 27 Aprel 2026
137
16:01 / 27 Aprel 2026
66
15:54 / 27 Aprel 2026
106
15:52 / 27 Aprel 2026
75
15:47 / 27 Aprel 2026
87
15:17 / 27 Aprel 2026
92
15:11 / 27 Aprel 2026
64
15:04 / 27 Aprel 2026
606
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.