Qaynar xətt:

(+99450) 247 90 86

Türkiyə ordusu dünyanı heyrətə saldı: Su-24-lər necə vurulub?

Türkiyə ordusu dünyanı heyrətə saldı: Su-24-lər necə vurulub?

DÜNYA

624

03.03.2020, 10:19

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Türkiyə Suriyanın İdlib bölgəsində həyata keçirdiyi “Bahar qalxanı” əməliyyatı ilə ordusunun texnoloji imkanlarını nümayiş etdirib.

Bu barədə “Haber Global” məlumat yayıb.

Türkiyənin Suriya ordusuna məxsus Su-24 qırıcılarını vurmasının təfərrüatları bəlli olub. Belə ki, Türkiyə ordusunun hədəfləri dəqiqliklə vurmasında AWACS (havadan xəbərdarlıq və nəzarət təyyarəsi) təyyarələrinin mühüm rolu olub. F-16 raketləri buraxılıb, AWACS-lar isə onları Su-24-lərə yönləndirib. Bununla da F-16 təyyarələri Suriyanın Hava Hücumundan Müdafiə (HHM) sistemlərinə ilişmədən tapşırığı uğurla icra edib.

Sərhəd xəttində havaya qaldırılmış AWACS məlumatları əməliyyatın idarəetmə məntəqəsinə və birbaşa olaraq F-16-ların monitoruna yönləndirib. Türkiyəli pilotlar isə HHM sistemlərinə yaxalanmamaq üçün radarları söndürüb.