Ərdoğan İrana qarşı hərbi müdaxiləyə qarşı çıxdı
04 Fevral 2026, 00:55
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
1255
02.03.2020, 15:40
Türkiyə Silahlı Qüvvələrinin İdlibdə həyata keçirdiyi "Bahar qalxanı" əməliyyatı davam edir.
Redaktor.az xəbər verir ki, Türkiyə ordusu Suriyanın hava hücumundan müdafiə sistemilərinin böyük hissəsini sıradan çıxarıb.
Vurulan hədəflər sırasında Həma şəhərində yerləşdirilmiş Rusiya istehsalı olan "S-300" raketlərinin də olduğu iddia edilib.
“Türkiyə ordusu əsas üstünlüyü hava zərbələrinə verib. Və bu hava zərbələri pilotsuz zərbə, pilotsuz uçuş aparatları tərəfindən həyata keçirilir. Bu istiqamətdə Türkiyə son 10 ildə böyük üstünlüklər əldə edib. Suriya ordusu üçün təhükə yaradan əsas texnika yerli istehsal olan pilotsuz uçuş aparatlarıdır (SİHA). Bu aparatların fəaliyyəti artıq suriyalıların da, ərazidə hərbi bazaları mövcud olan ruslarların da narahatlığına səbəb olub”.
Bu fikirləri hərbi-siyasi icmalçı Ramil Məmmədli İdlib döyüşlərini şərh edərkən Redaktor.az-a açıqlamasında deyib. O bildirib ki, döyüşlərdə müəllifi Cənubi Koreya olan, daha sonra Türkiyədə isehsal olunan “K9 Thunder” özüyeriyən artileriya qurğularından istifadə edilir:
“Həmin hərbi texnika 30-40 km dərinlikdə düşmənin hədəflərini darmadağın edə bilir. Həmçinin, reaktiv yayılım atəş sistemlərindən istifadə etməklə, Türkiyə, düşmən mövqelərini məhv etmək gücünə malikdir. Quru qoşunlarında da yerli istehsal olan zirehli transpartyorlardan istifadə olunur. İlk dəfə olaraq mərmi daşıyan pilotsuz uçuş aparatı da istifadə edilir”.
Ramil Məmmədli qeyd edib ki, Rusiya silahlarını zəif qiymətləndirmək doğru olmaz. Sadəcə olaraq, həmin silahların Suriyada imkanları və dislokasiya yerinin hansı formada olması əsas rol oynayır:
Həmçinin oxuyun
“Bu məsələ bir qədər fərqlidir. Əgər söhbət tanklardan gedirsə, hər hansı bir tankın pilotsuz uçuş aparatına qarşı mübarizə apara biləcəyi inandırıcı deyil. Həm də dəqiq demək mümkün deyil, son dövrlər Rusiya Suriyanı hansı silahlarla təmin edib”.
Pilotsuz uçuş aparatlarının qarşısında aciz qalan Rusiya hərbi texnikasına münasibət bildirərkən, o qeyd edib ki, Azərbaycanın Rusiyadan bu qədər çox silah almasının tərəfdarı deyil:
“Birmənalı olaraq demək olmaz ki, Rusiyanın hərbi texnikası zəif və ya güclüdür. Lakin 60-cı illərdə Suriya-İsrail müharibəsində də SSRİ-nin verdiyi silahlar, texnika özünü doğrultmamışdı. Hətta hava hücumundan müdafiə sistemi belə Suriya aviasiyasının qarşısında zəif qalmışdı. Ötən il də İsrailin pilotsuz uçuş aparatı, "S-300 PMU2 Favorit" zenit raket kompleksini məhv etmişdi".
02:50 / 04 Fevral 2026
66
01:36 / 04 Fevral 2026
75
01:25 / 04 Fevral 2026
84
00:55 / 04 Fevral 2026
79
00:41 / 04 Fevral 2026
78
00:26 / 04 Fevral 2026
106
00:01 / 04 Fevral 2026
88
23:40 / 03 Fevral 2026
502
23:35 / 03 Fevral 2026
99
23:35 / 03 Fevral 2026
80
23:32 / 03 Fevral 2026
75
23:28 / 03 Fevral 2026
307
23:22 / 03 Fevral 2026
74
23:16 / 03 Fevral 2026
89
23:12 / 03 Fevral 2026
87
23:06 / 03 Fevral 2026
71
22:54 / 03 Fevral 2026
92
22:46 / 03 Fevral 2026
144
22:41 / 03 Fevral 2026
85
22:36 / 03 Fevral 2026
81
22:32 / 03 Fevral 2026
145
22:29 / 03 Fevral 2026
113
22:19 / 03 Fevral 2026
101
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.