Qaynar xətt:

(+99450) 247 90 86

Ermənistan yeni qırıcı aldı

2019/12/28/1577537726_ermenistan_rus_savas_ucaklarindan_ilkini_aldi_1577522771_7593.jpg

DÜNYA

1184

28.12.2019, 16:51

Ermənistan Rusiyadan sifariş etdiyi “Su-30SM” döyüş təyyarələrindən birincisini təhvil alıb.
Publika.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan sosial media hesabında paylaşım edib. Təyyarələrin uçuşu zamanı çəkilən görüntüsünü paylaşan Baş nazir “builki ən əhəmiyyətli qazancımız” sözlərini əlavə edib.
Qeyd edək ki, Eermənistan bu ilin fevral ayında Rusiyaya 4 ədəd “Su-30SM” təyyarəsi sifariş vermişdi. Təyyarələrin digərləri gələn ilin fevralında təhvil veriləcək. “Su-30SM”lər Əlcəzair, Hindistan, İndoneziya, Malayziya kimi ölkələr tərəfindən istifadə edilən “Su-30MK”ların daha üstün modelidir. Ermənistan Silahlı Qüvvələri 2022-2023-cü illərdə arsenalını müasir silahlar, xüsusilə, uzunmənzilli silah sistemləri ilə təchiz etməyi planlaşdırır.