Ölkənin ən gözəl qadını HƏBS OLUNDU
09 Noyabr 2026, 20:14
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
289
30.09.2026, 07:42
İranda məcburi hicab qaydalarına əməl etmədən konsert verən 29 yaşlı müğənni Parastoo Ahmadiyə verilən 74 şallaq cəzası apellyasiya məhkəməsi tərəfindən qüvvədə saxlanılıb.
“Qafqazinfo” xəbər verir ki, Qum Vilayət Apellyasiya Məhkəməsi müdafiə tərəfinin şikayətini təmin etməyərək, birinci instansiya məhkəməsinin qərarını dəyişmədən saxlayıb.
Qərara əsasən, Ahmadiyə iki il müddətinə audiovizual fəaliyyətlə məşğul olmaq və ölkəni tərk etmək də qadağan edilib.
Müğənninin vəkillərinin sözlərinə görə, apellyasiya şikayəti məhkəmə iclası keçirilmədən rədd edilib. Ahmadi də sosial media hesabında qərarın qəti olduğunu açıqlayıb.
Ahmadi 2024-cü ilin dekabrında “Youtube”da yayımlanan təxminən 27 dəqiqəlik konsertdə hicab taxmadan çıxış edib. Dörd kişi musiqiçinin müşayiəti ilə verdiyi konsertin görüntüləri geniş yayılıb. Bundan sonra İran məhkəmə sistemi Ahmadi və konsertin digər iştirakçıları barəsində araşdırmaya başlayıb.
İyun ayında Qum şəhərindəki məhkəmə Ahmadi, musiqiçilər və prodüser qrupunun üzvlərinə 74 şallaq, iki il audiovizual fəaliyyət qadağası və iki illik səyahət məhdudiyyəti tətbiq edib.
Apellyasiya məhkəməsinin son qərarı ilə bu cəzalar qüvvədə qalıb. Qərarın konsertdə iştirak edən digər musiqiçilərə və prodüser qrupunun üzvlərinə də şamil edildiyi bildirilib.
20:25 / 09 Noyabr 2026
7
20:14 / 09 Noyabr 2026
43
20:12 / 09 Noyabr 2026
53
20:11 / 09 Noyabr 2026
49
20:10 / 09 Noyabr 2026
66
20:06 / 09 Noyabr 2026
47
19:53 / 09 Noyabr 2026
67
19:52 / 09 Noyabr 2026
115
19:44 / 09 Noyabr 2026
99
19:44 / 09 Noyabr 2026
93
19:27 / 09 Noyabr 2026
76
19:25 / 09 Noyabr 2026
150
19:19 / 09 Noyabr 2026
112
19:15 / 09 Noyabr 2026
145
19:12 / 09 Noyabr 2026
263
19:11 / 09 Noyabr 2026
145
19:01 / 09 Noyabr 2026
84
18:57 / 09 Noyabr 2026
207
18:46 / 09 Noyabr 2026
107
18:41 / 09 Noyabr 2026
179
18:38 / 09 Noyabr 2026
182
18:31 / 09 Noyabr 2026
150
18:25 / 09 Noyabr 2026
1385
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.